Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya ġöbə: “Mamalıq iĢi”



Yüklə 6,01 Mb.
Pdf görüntüsü
səhifə15/27
tarix27.11.2019
ölçüsü6,01 Mb.
#29707
1   ...   11   12   13   14   15   16   17   18   ...   27
Sinir ruhi xəstəlikləri və tibbi psixologiya


Alkoqol psixozları. Alkoqol psixozlarının müasir təsnifatı aşağıdakılardır:  
1. ağ isitmə və ya titrəməli deliriy; 
2. alkoqol hallüsinozu
3. xroniki alkoqol hallüsinozu; 
4. alkoqol paranoidi; 
5. alkoqol ensefalopatiyası; 
6. alkoqol epilepsiyası; 
 
7. patoloji sərxoşluq. 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 85
 
 
Ağ  isitmə  vəya  titrəməli  deliriy  (Delirum 
tremens).  Ağ  isitmənin  əmələ  gəlməsinə  şərait  yaradan 
amillərdən kəskin somatik, infeksion xəstəlikləri və beyin 
travmalarını  qeyd  etmək  olar.  Xəstəlik,  adətən  kişilər 
arasında  30  yaşdan  sonra  əmələ  gəlir.  Xəbərverici 
əlamətlərdən  əhvalın  pisləşməsi,  yuxu  pozğunluğunu, 
təşviş  və  həyəcan  reaksiyalarını  qeyd  etmək  olar. 
Xəstəlik  kəskin  şəkildə  adətən  gecələr  başlayır.  Lakin 
tədricən inkişaf edən yarımkəskin hallara da təsadüf edilir.  
Psixozu 
xarakterizə 
edən 
başlıca  əlamətlər 
düşüncənin deliriyoz tipli pozulması, affektiv qorxular və 
görmə  hallüsinasiyalaridir.  Xəstənin  mühitə  qarşı 
bələdliyi  pozulur,  parlaq  şəkildə  təzahür  edən  görmə 
hallüsinasiyaları (heyvan obrazları, kiçik böcəklər. siçan. 
ilan  və  s.)  meydana  çıxır.  Bəzən  nağılları  xatırladan 
təsvirlər cin, şeytan və iri canlılar ona doğru hərəkət etdiyini görüb həyəcan və təşviş keçirir. Məsələn, 
38 yaşlı bir xəstə kəskin psixoz vəziyyətində arvadının, uşaqlarının və qaynanasının parçalanmış bədən 
hissələrini görür, onların şkafın üstünə qoyulmuş başlarının dəhşətli sözlər dediyini söyləyir. Xəstənin 
davranışı,  qavradığı  hallüsinator  obrazların  məzmunundan  asılı  olaraq  müxtəlif  ola  bilər.  Əksər 
hallarda o, özünü vəhşi  və əcaib  obrazların  hücumundan qoruyur, harasa qaçmaq,  gizlənmək istəyir. 
Xəstənin  burnuna  qeyri-adi  üfunətli  qoxular  gəlir,  ağzında  acılıq  hiss  edir,  paltarın  altında  cücülər 
gəzir,  onu  narahat  edir.  Xəstənin  qorxu  və  təşviş  hissi  keçirməsi  onun  xarici  görkəmində, 
hərəkətlərində  əks  olunur.  Sayıqlama  ideyalarının  məzmunu  hallüsinasiyalarin  məzmununa  uyğun 
gəlir və davamsız olur. Xəstənin xarici görünüşü astenik halın olmasını göstərir. Sifətin rəngi dəyişir, 
gözləri parlayır. Bədən temperaturu 38-40 dərəcə selsiyədək yüksəlir. Bəzən epilepsiya cəngolmasını 
xatırladan  tutmalar  qeyd  olunur.  Somatonevroloji  əlamətlərdən  kəskin  tərləmə,  dərinin  qızarması, 
nəbzin  sürətlənməsi,  arterial  təzyiqin  enib  qalxması,  əzələlərin  hipotoniyası,  vətər  reflekslərinin 
yüksəlməsi,  nistaqm.  konvergensiyanın  zəifləməsi  olur.  Kəskin  psixoz  halı  adətən  3-5  gündən  artıq 
çəkmir.  Xəstələri  dilə  tutub  sakitləşdirmək,  bəzən  hətta  normal  kontakt  yaratmaq  mümkündür,  lakin 
ara verməyən hallüsinasiyalar, sayıqlama fikirləri buna mane olur. Xəstəni yenidən qorxu və həyəcan 
keçirməyə  vadar  edir.  Xəstələr  öz  ailə  üzvlərini,  qohumlarını  tanımır.  ətrafı  düzgün  qavraya  bilmir. 
Xəstəliyin  xarakter  əlamətlərindən  biri  də  dilin,  əllərin  və  bütün  bədənin  titrəməsidir.  Buna  görə  də 
xəstəliyə  titrətməli  deliriy  deyilir.  Kəskin  psixoz  halının  qurtarması  qəflətən,  adətən,  yuxudan  sonra 
baş  verir.  Xəstə  yuxudan  tam  sağlam,  düşüncəsi  aydın,  ifadələri  səlist  ayılır.  Keçirdiyi  halın  çoxu 
unudulur (hissivi amneziya). 
Müalicə-stasionar  şəraitində  aparılır.  Birinci  növbədə  dezintoksikasiya  aparılır,  bunu  intensiv 
infuzionterapiya vasitəsilə edirlər. 
1. Susuzlaşmça zamanı-5% -li qlükoza məhlulu. hemodez v/d vurulur. 
2.  Ödemlər  olduqda-laziks,  konsentrasiyalı  qlükoza  məhlulu,  plazma,  3%-li  KCL  məhlulu 
vurulur.  Bundan  başqa  tənəffüs,  ürək-damar,  hemodinamik  sistemlərin  korreksiyası  aparılmalıdır. 
Massiv  vitaminoterapiya  aparılır,  oyanmanı  aradan  qaldırmaq  üçün  neyroleptik  maddələrdən 
(aminazin. haloperidol, tizersin) istifadə olunur.  
 
Alkoqol hallüsinozu 
 
Uzun  illər xronik  alkoqoqolizm  keçirənlər  arasında,  adətən,  40  yaşdan  sonra  təsadüf  edilir.  Bir 
çox hallarda qadınlar da bu xəstəliyə tutulur. Alkoqol hallüsinozunun kəskin və xronik variantları ayırd 
edilir.  Kəskin  variant  abstinensiya  zamanı  və  ya  fasiləsiz  içmə  dövründə  inkişaf  edir.  Xəstəliyin 
meydana  çıxmasına  əksər  təsadüflərdə  infeksiyalar,  fiziki  və  psixi  yorğunluq  şərait  yaradır.  Psixoz 
əlamətləri  əksər  təsadüflərdə  kəskin,  axşam  və  gecə  saatlarında  başlayır.  Titrəməli  deliriydən  fərqli 
olaraq,  burada  dərin  düşüncə  pozuyntuları  qeyd  edilmir.  Xəstənin  özünə,  mühitə  və  vaxta  görə 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 86
 
 
bələdliyi pozulmur. Xəstəliyin ən başlıca əlaməti verbal hallüsinasiyaların olmasıdır, əvvəlcə “səslər” 
(qatarın təkərlərinin və ya işləyən saatın tıqqıltısı, yağış damcılarının səsə və s.) illüzor xarakter daşıyır. 
Ümumi  yuxusuzluq  fonunda akoazmlar, həyəcan, təəccüb və təşviş  kimi  əlamətlər  diqqəti cəlb  edir. 
Bundan sonra onlar səlist ifadələrlə deyilən hədə, təhqir və söyüşlər eşidirlər. ”Səslər”tək-tək ifadələr 
eşitmə,  yaxud  da  sual-cavab  şəklində  ola  bilər.  Dinlənilən  “səslər”çox  vaxt  xoşagələn  deyil,  xəstəni 
lağa qoyan, təhqir edən, onunla mübahisəyə girən məzmun daşıyır. Psixoz keçirən bir xəstə söyləyirdi 
ki, bir tərəfdən gələn”səslər”ona rahatlıq vermir, təkrar-təkrar onu “alçaq və yaramaz” adlandırır, digər 
“səslər”  isə  “o  mərhəmətli  və  yaxşı  adamdır”  deyirmiş.  Xəstəyə  nəlayiq  sözlər  yağdıran  səslər  eyni 
zamanda onları ölümlə, cəza ilə qorxuda bilər. Bu isə xəstəni cavab hərəkətləri etməyə vadar edə bilər.  
Alkoqol  hallüsinozu  zamanı  görmə  hallüsinasiyaları  rast  gəlinir  və  mühüm  rol  oynamır. 
Sayıqlamalar, adətən, nadir hallarda təsadüf edilir və “səslərin”məzmunu  ilə uzlaşır. Məsələn, kimsə 
onları izləyir, təqsirləndirir, fiziki və psixi təsir göstərir, hallüsinator sayıqlamaların məzmununa uyğun 
olaraq xəstə  müdafiə  olunur, qaçıb  gizlənmək istəyir və  ya inzibati  orqanlara  müracıət  edir. Affektiv 
oyanma vəziyyətində “işgəncə” və “əzablardan” xilas ilmaq üçün onlar özlərinə sui-qəsd edə bilərlər. 
Kəskin  hallüsinoz  1-2  həftə  bəzən  isə  daha  çox  (bir  ayadək)  davam  edir.  Psixopatoloji  əlamətlərin 
“yox  olması”,  sağalma  adətən  dərin  yuxudan  sonra,  birdən-birə,  yaxud  da  tədricən,  bir  neçə  gün 
ərzində baş verir. 
Müalicə  stasionar  şəraitində  aparılır.  Ürək-damar  və  neyroleptik  maddələr  təyin  edilir.  Sonra 
xronik alkoqolizm müalicə edilir.  
 
Alkoqol paranoidi 
 
Bu  xəstəlik  ahıl  yaşlarda,  xronik  alkoqolizmə  tutulan  kişilər  arasında  təsadüf  edilir.  Alkoqol 
paranoidinin geniş yayılmış kliniki variantlardan alkoqol qısqanclıq sayıqlamalarını və alkoqol izləmə 
sayıqlamalarını  qeyd  etmək  olar.  Xəstəliyin  xarakter  əlamətləri:  şübhəlilik,  qısqanclıq,  adətən  çoxlu 
miqdarda spirtli içkilər qəbul edən psixopatlarda və şəxsiyyətin enməsi sindromu olan adamlarda rast 
gəlinir.  Sərxoş  vəziyyətdə  olarkən,  ilk  növbədə  həyat  yoldaşına  qarşı  şübhəlilik,  bir  qədər  sonra  isə 
müxrtəlif  ailə  münaqişələri,  arvadına  qarşı  kobudluq  və  təhqirlər  meydana  çıxır:  seksual  hissin 
zəifləməsi  (impotensiya)  qısqanclıqla  əlaqədar  şübhələri  daha  da  gücləndirir  və  gələcəkdə  onların 
sistemləşmiş sayıqlama fikirlərinə çevrilməsinə imkan verir. Xəstə öz fikirlərini sübuta yetirmək üçün 
“konkret  faktlar”  axtarır,  yatacaq  əşyalarını,  qabını,  paltarlarını  yoxlayır,  onu  güdür  və  s.  Çox  vaxt 
qısqanclıq sayıqlamaları cəfəng və gülünc bir forma alır. Məsələn, 70 yaşlı bir xəstə, 67 yaşlı arvadını 
30  yaşlı  yeznəsinə  qısqanır.  Bir  çox  hallarda  xəstələr  övladlarının  başqa  kişidən  olmasını  sübuta 
yetirməyə cəhd göstərirlər. Bəzən xəstələr həyat yoldaşını ifşa etmnək məqsədilə müxtəlif təşkilatlara, 
inzibati orqanlara müraciət edir, yaxud da aqressiv hərəkətlərə, şübhələndikləri adamı öldürməyə cəhd 
göstərirlər.  
Alkoqol izləmə sayıqlamaları həyəcan və qorxu hissləri ilə qəflətən başlayır, verbal illüziyalar və 
eşitmə  hallüsinasiyaları  ilə  birlikdə  təzahür  edir.  Xəstə  hər  yerdə  onu  “izləyən  adamları”  görür, 
şübhələndikləri adamların m imikalarını və dıgər hərəkətlərini yozmağa, faktlar və sübutlar toplamağa 
çalışır. Alkoqol sayıqlamaları iki-üç həftəyədək davam edir. Bəzən isə xronik formaya keçərək aylarla 
davam edir və ya arabir yavşılaşaraq yenidən ressidivlər verir.  
 
Narkomaniyalar 
 
  Narkomaniya  yunanca  “narke”-donub  qalma,  ”maniya”-psixi  pozuntu,  dəlilik  sözlərindən 
götürülüb,  narkotik  maddələrdən  sui  istifadə  nəticəsində  yaranan  toksikomaniyaların  bir  formasıdır. 
Narkomaniya  yalnız  tibbi  anlayış  kimi  deyil,  həm  də  ictimai  və  hüquqi  bir  problem  kimi  nəzərdən 
keçirilməlidir. narkotik madfdələrə qarşı psixi və fiziki asılılığın yaranması narkomaniyanın meydana 
çıxdığını  sübut  edir.  İki  və  daha  çox  narkotik  maddələrdən  istifadə  etməklə  meydana  çıxan 
narkomaniyalar polinarkomaniya adlanır.  
  

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 87
 
 
Morfi tipli maddələrin yaratdığı narkomaniya 
 
Bu  qrup  maddələrə  müxtəlif  növ  opi  çətənəsindən  alınan  preparatlar  (morfi,  kodein,  geroin, 
pantopan.  omnopon)  ,  morfiyəbənzər  təsirə  malik  sintetik  preparatlar  (promedol)  aid  edilir.  Məlum 
olduğu  kimi  morfi  və  onun  preparatları  ağrı  kəsici  maddə  kimi  işlədilir.  lakin  bəzən  “lüzumsuz 
maraq”xatirinə  də  qəbul  edənlər  olur.  Öyrəşmə  çox  tez  yaranır.  Morfi  ilə  zəhərlənmə  (bu  ölüm 
dozasının 1/3 hissəsindən yarana bilər) zamanı adam tədricən artan zəiflik, yuxuculuq, başgicəllənmə, 
qulaqlarda  küy  hiss  edir.  Bəbəklərin  qaralması,  komatoz  vəziyyət,  ürək  –  damar  və  tənəffüs  sistemi 
pozuntuları  (Çeyn-Stoks  tipli  tənəffüs)  inkişaf  edir.  Ölüm  tənəffüs  mərkəzinin  iflici  nəticəsində  baş 
verə  bilər.  Xəstəni  bu  haldan  çıxarmaq  mümkün  olarsa  korluq,  nitqin  pozulması  kimi  əlamətlər  qala 
bilər. Kəskin zəhərlənmə zamanı mədəni yumaq, təmizləyici imalə, vena daxilinə hər yarım saatdan bir 
damcı şəklində 1 ml 0,1%-li lobelin yeridilməlidir. Bir neçə dəfə morfi qəbul edən adamlarda xronik 
zəhərlənmə  əlamətləri  inkişaf  edir.  Əvvəlcə  onun  narkotik  təsiri-eyforiya,  əhvalın  yüksəlməsi, 
şənlənmə  və  sadəlövhlük  əlamətləri,  xoş  sevinc  hissi,  bəzən  isə  qeyd  edilənlərə  mühitin  yanlış 
qavranılması da əlavə olunur. Bir neçə dəqiqədən sonra eyforiya, süstlük fazasını keçir, bunun ardınca 
isə  yuxuculuq  və  ya  yuxu  baş  verir.  Narkotik  maddələrdən  sui  istifadə  etdikdə  ağızda  quruluq, 
iştahanın  azalması,  mədə  -  bağırsaq  və  digər  somatik  pozuntular  meydana  çıxır.  Kəskin  surətdə 
ariqlayan xəstələr fiziki cəhətcə zəifləyir, parasteziyalar, ətrafında soyuqluq və ya istilik hissi, titrəmə 
qeyd edilir. Dəriləri qırışlarla örtülür, çox vaxt quru və torpaq rəngində olub, inyeksiya edilən yerlərdə 
sızaq, yaxud da abses əmələ gəlir. Vazomotor pozuntular, ürəkdöyünmə, əzələlərin hipotoniyası, vətər 
reflekslərinin yüksəlməsi, yuxarı ətrafların, dilin titrəməsi, yerişin pozulması (ataksiya, inamsız yeriş), 
dəri  hissiyatının  azalması  qeyd  edilir.  Bəbəklər  xeyli  kiçilmiş,  bəzən  qeyri-bərabər  işığa  qarşı 
reaksiyası  zəif  olur.  Yuxu  adətən  qeyri-normal  və  pis  məzmunlu  yuxu  görmələrlə  müşayiət  olunur. 
Qanda leykosit, şəkərin azalması aşkar edilir. 
Morfi  abstinensiyası  daha  ağır  keçir.  Xəstə  narahat  əhvalı  pis  olur  və  qorxu  keçirir.  Bəbəklər 
genişlənir,  sifət  xüsusi  görkəm  alır.  Əzələlərinin,  oynaqlarınnın.  sümüklərin  ağrıdığını,  qusmaq 
istədiklərini söyləyirlər. İztirab içərisində inildəyən xəstə morfi tələb edir. Tələbi ödənilmədikdə qeyd 
edilən əlamətlər daha da güclənir və xəstə acınacaqlı hallar keçirir. Morfi psixozu az hallarda təsadüf 
edilir  və  qısamüddətli  olur.  Bu  zaman  hipnohagik  hallüsinasiyalar,  deliriy  halı  qeyd  edilir. 
Morfinizmin  gedişi  fərdi  xüsusiyyət  daşıyır.  Bəzən  müalicəsiz  morfi  qəbulu  dayandırılır,  lakin  bir 
müddətdən sonra yenidən davam etdirilir. Yalnız stasionar müalicəsi vasitəsilə xəstələrə kömək etmək 
mümkün olur. Xəstəliyin proqnozu əksər təsadüflərdə  yaxşı olmur. Ölüm ümumi zəiflik, marazm və 
interkurrent  xəstəliklər  nəticəsində  baş  verir.  Morfinizmin  diaqnostikası  çətinlik  törətmir.  İnyeksiya 
yerlərinin  spesifikm  görünüş,  əhvalın  dəyişkənliyi,  əmək  qabikliyyətinin  enməsi  xəstəliyi  asanlıqla 
təyin  etməyə  imkan  verir.  Sidikdə  və  nəcisdə  morfi  və  onun  preparatlarının  qalıqlarını  aşkar  etmək 
olur.  
 
Kokainizm 
 
Kokain  Cənubi  Amerikada  bitən  kola  kollarının  yarpaqlarından  alınan  alkoloiddir.  Yerli 
analgetik üsusiyyətə malik olub, böyük dozalarda mərkəzi sinir siteminə təsir göstərir. Qəbul etdikdən 
(vena daxilinə və ya qoxulamaqla) eyforiya fikirlərin axını-nitqin sürətlənməsi, fəaliyyətin, yaradıcılıq 
imkanlarının  xeyli  güclənməsi  qeyd  edilir.  Lakin  2-3  saatdan  sonra  ümumi  zəiflik,  əzginlik,  qıcığa 
qarşı həssaslıq, əhvalın enməsi baş verir. Öyrəşmə qısa müddət ərzində, bəzən 2-3 dəfə qəbul etdikdən 
sonra yaranır. Şəxsiyyətin deqradasiyası morfinizmdə olduğundan daha kobud olur və 1-2 ildən sonra 
təzahür edir. İlkin əlamətlər eqoizm, ətrafdakılara qarşı dözümsüzlük, kinlilik şəklində özünü göstərir. 
Kokainizmə tutulanlar olduğundan yaşlı görünür, intellektləri və emosiyaları xeyli kasadlaşır. Tez-tez 
psixi  pozuntular,  qısqanclıq,  izləmə  sayıqlamaları,  qorxunc  görmə,  taktil  hallüsinasiyalar,  “çəkisizlik 
hissi ” kimi əlamətlər meydana çıxır.  
Abstinensiya  sindromu  başgicəllənmə,  başağrıları  parasteziya,  depressiya  kimi  əlamətlərlə 
müşayiət edilir və ağır keçir.  

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 88
 
 
HəĢiĢizm 
 
Bu  narkomaniya  forması  Amerika  qitəsində,  şərq  ölkələrində,  o  cümlədən  orta  Asiyada  və 
respublikamızda  geniş  yayılmışdır.  Həşiş  və  ya  anaşa  hind  çətənəsindən  (canna  bis  indica)  alınır. 
Marexuana, plan, xarac, banq, kif kimi narkotiklər də həşiş qrupuna aiddir. Həşiş özünəməxsus qoxusu 
olan.  acı  dadlı,  qətranabənzər  maddədir.  Narkomanlar  onu  tütünə  qatıb  çəkir,  çeynəyir,  yaxud  da 
yeməyə  və  içkiyə  qatırlar.  Onu  qəbul  edərkən  tədricən  dozanı  artırmaq  tələb  olunmur.  Bəzi  hallarda 
onu  ilk  dəfə  qəbul  edən  adamlar  öyüməyə,  ağızda  acılıq.  ağızdan  suaxma,  başağrıları  kimi  əlamətlər 
hiss edirlər. Bu da gələcəkdən ondan imtina etməyə imkan verir. Lakin təkrar qəbul edilərsə sərxoşluq, 
xoşhallanma,  fəaliyyətin  güclənməsi  qeyd  edilir.  Psixomotor  və  nitq  oyanıqlığı  adamı  “fəaliyyət 
göstərməyə”-hərəkətli olmağa, rəqs etməyə, çox danışmağa, özünü öyməyə, qürrələnməyə sövq edir. 
Adam üzünü sanki “quş kimi”, “çəkisiz”, bəzən də “ilhamı coşan” şəxs kimi hiss edir. Bir sıra hallarda 
hərəkət  oyanıqlığı,  məst  olmaq,  xumarlanmaq,  yaxud  da  gülmək  və  ya  ağlamaqla  əvəz  olunur. 
Ətrafdan  gələn  qıcıqlar  parlaq  və  qəribə  nağıllar  aləmində  baş  verə  hadisələrə  bənzəyir.  Bəzən  isə 
illüziyalar,  psixosensor  pozuntular  (məsələn,  əşyalar  öz  forma  və  rəngini  itirmiş,  həddindən  artıq 
böyük və ya kiçik qavranılır) qeyd edilir. Erotik hissin güclənməsi, xoş əhval-ruhiyyə, asanlıqla qorxu, 
depersonalizasiya əlamətləri ilə əvəz oluna bilər. Belə hal keçirən bir xəstə söyləyirdi ki. bədənin sanki 
özümün  deyil,  quş  kimi  yüngüləm,  adamların  sifəti  meyidi  xatırladır.  Vaxt  sanki  hərəkət  etmir. 
Oyanıqlıq,  əzginlik,  zəiflik,  yaxud  da  yuxu  ylə  nəticələnir.  Bəzən  isə  narahatlıq,  baş  ağrıları,  ürək 
döyünmə,  müvazinətin  pozulması  kimi  əlamətlər  meydana  çıxır.  Həşiş  narkomaniyası  nisbətən  ləng 
inkişaf edir. Uzun müddət anaşaya uyan adamlar fiziki və mənəvi cəhətcə geri gedir - deqradasiyaya 
uğrayırlar.  
Belələri  qıcığa  qarşı  patoloji  həssas,  əsəbi,  dözülməz  olurlar,  əmək  qabiliyyəti  azalır,  narkotik 
maddənin  kiçik  dozası  belə  sərxoşluq  halının  yaranmasına  səbəb  olur.  Bir  çox  hallarda  izləmə,  təqib 
sayıqlamaları,  hallüsinasiyalar  və  digər  psixotik  əlamətlərlə  müşayiət  edilən  şizofreniyayabənzər 
psixoz  inkişaf  edir,  belə  xəstələr  əzgin,  dəriləri  sarımtıl-torpaq  rəngində,  baş  tükləri  seyrək,  quru, 
yerişləri  sahmansız  və  ağır,  nitqləri  dolaşıq,  bəzən  də  anlaşılmaz  olur.  Göz  bəbəkləri  daralır,  işığa 
reaksiyası zəifləyir, əqli qabiliyyətləri və hissiyyatları kütləşir.  
 
Hallüsinogenlərin təsirindən yaranan narkomaniya 
 
Hallüsinogenlərə  dietilamid  lizergin  turşusu  və  buna  bənzər  maddələrin  törəmələri  (psilosibin, 
meskalit,  fentsiklidin,  triptamin  və  s.  )  aiddir.  Bu  maddələrin  ən  kiçik  dozaları  (0,05-0,5  mq)  qəbul 
etdikdən  15-20  dəq.  sonra  2-3  saat  davam  edən  müxtəlif  psixi  pozuntulara  səbəb  olur.  Tez-tez 
müşahidə  edilən  əlamətlərdən  eşitmə,  görmə,  dad  və  qoxu  hallüsinasiyalarını,  düşüncə  pozuntuları, 
eyforiya, qeyri-təbii gülmə qeyd edilir. Bir çox xəstələrdə bunlarla yanaşı şübhəlilik, qorxu, sayıqlama 
fikirləri də meydana çıxa bilər.  
 
Toksikomaniyalar 
 
Öyrəşmə  və  meyillik  yalnız  narkotik  təsir  göstərən  maddələrə  qarşı  deyil  digər  preparatlara, 
məsələn,  barbituratlara,  stimulyatorlara,  psixotrop  maddələrə  və  s  qarşı  da  yarana  bilər.  Göstərilən 
dərmanlardan  bəzən  məst  olmaq,  bəzən  də  müxtəlif  ağrıları,  yuxusuzlugu  və  digər  narahatlığa  səbəb 
olan əlamətləri aradan qaldırmaq üçün istifadə edirlər. Toksigen maddələrin təsirindən yaranan hallar 
qəbul  edilən  preparatın  kimyəvi  təsirindən  asılıdır.  Yuxugətiricilərdən  (lüminal,  dimedrol,  pipolfen) 
daha  tez-tez  istifadə  edilir.  Narkotik  effekt  almaq  üçün  onları  böyük  dozalarda  qəbul  etmək  tələb 
olunur. Bu maddələrdən uzun müddət istifadə edilərsə müvazinətin, nitqin pozulması, əzələ tonusunun 
və  vətər  reflekslərinin  zəifləməsi,  düşüncənin  keyləşməsi  və  bir  sıra  vegetativ  əlamətlər  qeyd  edilir. 
Həmin  maddələrdən  sui  istifadə  davam  etdirilərsə  şəxsiyyətin  dəyişməsi,  məsələn,  qıcığa  qarşı 
həssaslığın  yüksəlməsi,  əsəbilik,  qəzab  hissi,  təfəkkürün  sürətinin  və  yaddaşın  zəifləməsi  meydana 
çıxır. Belə adamların hərəkətləri ləng, düşüncələri bir qədər keyləşmiş olur. Daha sonra ağıl zəifliyi ilə 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 89
 
 
müşayət edilən psixoorqanik əlamətlər inkişaf edir. Nevraloji və somatogen pozuntular inkişaf etməyə 
başlayır. Belə xəstələrdə müşahidə edilən abstinensiya sindromu güclü şəkildə təzahür edir.  
Toksikomaniyaların  digər  bir  forması  stimulyatorların  (efedrin,  koffein,  fenamin  sidnokarb, 
sentedrin  və s) qəbulu  nəticəsində  yaranır.  Bu preparatların qəbulu  süni olaraq orqanizmin tonusunu, 
fəaliyyət  imkanlarını  qaldırmaq  arzusundan  irəli  gəlir.  Lakin  qısa  müddət  ərzində  öyrəşmə  baş  verir. 
Bu  maddələrin  təsiri  nəticəsində  ürəkdöyünmə,  qan  təzyiqinin,  tənəffüs  aktının  sayının  artması, 
iştahının pozulması müşahidə edilir. Stimulyatorları uzun müddət qəbul edənlər arasında bəzən görmə, 
eşitmə  hallüsinasiyaları,  izləmə  sayıqlamaları,  psixoz  halları  xronik  şəkil  alarsa  disforiya,  yuxunun 
pozulması, ürək-damar sisteminə, böyrəklərə məxsus patoloji əlamətlər inkişaf edir. Abstinensiya halı 
nisbətən zəif ifadə olunur. 
Hazırda  neyroleptiklərin  əks  təsirinə,  ekstropiramid  əlamətlərin  qarşısını  almaq  məqsədilə 
işlədilən  korrektorlara  (tsikladol,  parkopan,  romparkin  və  s)  qarşı  toksikomaniya  halları  yayılmağa 
başlamışdır.  Bu  maddələri  böyük  dozalarda  qəbul  etməklə  eyforiya,  məstolma  effekti  yaratmaq 
mümkündür. 
Narkoz  məqsədilə  işlədilən  efirin  tənəffüs  yolları  vasitəsilə  orqanizmə  daxil  olması  nəticəsində 
spesfik  sərxoşluq  halı  yaratmaq  olur.  Belə  ki,  efirin  təsirindən  əhvali  ruhiyyə  yüksəlir,  ”eyforik 
şənlənmə”, bədəndə  yüngüllük, sərbəstlik kimi əlamətlər meydana çıxır. Efirə qarşı öyrəşmə çox tez 
yaranır.  Abstinensiya  (yüngül  formada)  halları  yarana  bilər.  Məişət  kimyasında  və  sənayesində 
işlədilən  uçucu  aromatik  maddələrə  (aseton,  benzin,  həlledici,  təmizləyici  məhlullar,  yapışqanlar, 
nitroboyalar,  ləkətəmizləyən,  ev  həşaratlarının  məhv  edən  preparatlar  və  s.)  qarşı  toksikomaniyalar 
təsadüf  olunur.  Bu  maddələrin  təsirindən  yaranan  kəskin  intiksikosiya  adi  alkoqol  sərxoşluğuna 
bənzəyir.  Psixoz  nadir  hallarda  inkişaf  edir,  bəzən  görmə  hallüsinasiyaları  ola  bilər.  Tez-tez  daxili 
orqanların  pozuntuları  (miokardiodistrofiya,  qaraciyər,  böyrək  xəstəlikləri  və  s.)  tənəffüs  yollarının 
iltihabı,  ümumi  gərginlik  müşahidə  edilir.  Adətən  bir  neçə  aydan  sonra  əmək  qabliyyəti  enir, 
xasiyyətdə və davranışda ciddi pozuntular qeyd edilir.  
Diaqnozu  dəqiqləşdirməkdə  anamnez,  inyeksiya  yerlərinin  və  abstinensiyanın  olması  mühüm 
əhəmiyyət  kəsb  edir.  Laborator  müayinəsi  nəticəsində  xəstənin  bioloji  mayelərində  narkotik 
maddələrin qalıqlarını aşkar etmək mümkündür.  
  
Dərman psixozları 
 
Müəyyən  dərmanların  təyini  və  dozalarının  artması  nəticəsində  dərman  psixozları  əmələ  gəlir. 
Kəskin atropin psixozundan deliriyoz pozuntu, hallüsinasiyalar, kəskin psixomator oyanma, qorxu olur. 
Daha ağır zəhərlənmədə sopor və koma ola bilər. Nəbz tezləşir, arterial təzyiq yüksəlir, dəri və selikli 
qişalar quru olur, nitq pozulur. 
Barbituratların  dozasının  artması  düşüncənin  keyləşməsinə,  oyanma,  ayrı-ayrı  pozuntulara  və 
komaya səbəb ola bilər.  
Müalicə  -  stasionar  şəraitində  aparılır.  Dezintaksikasion,  ümumi  möhkəmləndirici,  sedativ 
dərmanlar, simptomatik müalicə psixoterapiya aparılır. Abstinensiya sindromu aradan qaldırmaq üçün 
sulfazindən istifadə edilir. Natrium tiosulfat, maqnezium sulfat, 40%-li qlükoza, vitaminlər (B qrup, A, 
C,  E)  təyin  edilir.  Oyanma  halları,  yuxusuzluq,  psixopataloji  pozuntular  olduqda  haloperidol,  ağrılar 
zamanı analgin və s. istifadə edilir. 
Yüklə 6,01 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin