Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
56
3) Hiperkinetik forma –çox vaxt döl ana bətnində
olduqda başlayır. Hiperkinez və rigidlik nəticəsində uşaq
oturub-dura, gəzə, heç bir iradi hərəkət edə bilmir. İntellekt
pozğunluğu az olur. Hiperkinezlər atetoz və xoreoatetoz
şəklində olur, onlar polimorf olur, amma hansı birisə
üstünlük təşkil edir. Uşaq böyüyüb inkişaf etdikcə bir
hiperkinez digəri ilə əvəz olunur.
4) Beyincik forması -müvazinat pozğunluğu, əzələ
hipotoniyası, hecavi nitq, əllərin, başın əsməsi simptomları
meydana çıxır.
Müalicəsi: ilk növbədə müalicə gimnastikası
hidrokinezoterapiya (su altında müalicə gimnastikası),
massaj təyin edilir. Əzələ tonusunu azaltmaq məqsədilə midokalm, sinir, impulslarının nəql olmasını
qüvvətləndirmək məqsədilə prozerin, qalantamin, hiperkinezləri azaltmaq üçün siklodol, zehni və ruhi
zəiflik olduqda qlütamin turşusu, serebrolizin, qıcolma zamanı heksamidin, fenobarbital, difenin təyin
edilir. Xəstələrə uzun müddət B qrup vitaminləri, ATF verilir. Ortopedik müalicə tətbiq edilir.
Hidrosefaliya
Kəllə boşluğunda onurğa beyin mayesinin artması nəticəsində törənən xəstəliyə hidrosefaliya
deyilir. Yeni doğulmuşun hidrosefaliyası zamanı onurğa beyin mayesi orta hesabla 1-2 l, ağır
formallarda isə 10 l və daha çox ola bilər. Xarici hidrosefaliya beyin maddəsi kütləsinin atrofiyası
nəticəsində, onurğa beyin mayesinin subaraxnoidal boşluqda artması, beyin mədəciklərində isə normal
vəziyyətdə qalması ilə xarakterizə olunur. Bu forma ümumi və ya daxili (okklüzion) hidrosefaliyaya
nisbətən az rast gəlinir. Dölün ana bətnində inkişafının 4-5 –ci həftəsində sinir sisteminin zədələnməsi
nəticəsində inkişaf edir. Ana bətnində olarkən keçirilən infeksiya, rezus konfliktlər zamanı bilirubinin
toksiki təsirindən, ananın bəzi xəstəlikləri (qaraciyər, qalxanabənzər vəzinin xəstəliyi, toksoplazmoz)
zamanı əmələ gəlir. Bu xəstəlikdə kəllə boşluğunda serebrospinal maye çoxalır.
Anadangəlmə hidrosefaliya
Etiologiya və patogenezi-hidrosefaliyanı müxtəlif bətndaxili zədələnmələr, ananın infeksion
xəstəlikləri, anomaliyalar və
eybəcərliklər, travmalar törədir.
Toksoplazmoz infeksiyası
hidrosefaliyanın əsas səbəblərindəndir.
Klinika- hidrosefaliya üçün kəllə ölçülərinin artması və onurğa
formasının dəyişməsi xarakterikdir. Başın böyük olması doğuş zamanı
qeyd olunur və ölümlə nəticələnə bilər. Yeni doğulmuşlarda başın
diametri normada 34 sm əvəzinə 50-70 sm bəzən 100 sm ola bilər.
Hidrosefaliyanın
ağır
formalarında
hidroanensefaliya
diaqnozu
translüminasiya, yaxud diafonoskopiya vasitəsilə təyin edilir.
Anadangəlmə hidrosefaliyanın nevroloji simptomları polimorfdur.
Birinci yeri hərəki və psixi pozulmalar- mərkəzi ifliclər və parezlər,
hipertoniya, hiperrefleksiya, diz qapağı və pəncəaltı klonuslar, patoloji
reflekslər tutur. Piramid simptomlarla yanaşı beyinicik ataksiyaları və
əsmə olur. Xəstələr başını gec saxlayır, gec oturur, gec ayaq üstə
dayanmağa başlayır, gec gəzir. Xəstələrin çoxunda daxili, bəzən isə xarici
çəpgözlük, nistaqm, bəbək pozulmaları, görmə sinirinin məməciyinin
durğunluğu, yaxud atrofiyası (ilkin, yaxud ikincili) olur. Onurğa beyini
mayesi şəffaf, rəngsiz, təzyiqi yüksək olur.
Xəstələrin çoxunda onurğa beyin mayesində zülal və hüceyrələrin miqdarı azalır. Bəzi xəstələrdə
maye burundan, nadir hallarda isə əmgək və kəllə tikişlərindən tökülür. Nitq inkişafı gecikir, ağır
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
57
hallarda uşaqlar heç danışa bilmir. Əqli inkişafın pozulma dərəcəsi –az geridə qalmadan dərin debillik
və idiotluğa kimi ola bilər. Hidrosefaliyalı uşaqlarda mexaniki zehni yaxşı inkişaf edir, afferent
fəaliyyət sahəsi kütləşir, təsirləndirmə qabiliyyəti yüksəlir. Əhval-ruhiyyəsi dəyişkən, çox vaxt
eyforiya olur, səbəbsiz olaraq acıqlanma, aqressivlik, psixomotor oyanma inkişaf edə bilər. Kəllənin
böyüməsi və psixi funksiyaların pozulması arasında uyğunluq yoxdur.
Proqnozu- hidrosefaliyalı uşaqlar çox vaxt ölü doğulur, yaxud anadan olan kimi ölür. Sağ qalan
uşaqlarda isə hidrosefaliyanın ilk simptomları anadan olan kimi qeyd olunur.
QazanılmıĢ hidrosefaliya
Doğuşdan sonra olan hidrosefaliyanın etiologiyası müxtəlifdir, bəzən onu təyin etmək olmur.
Kəllə travmaları, meningitlər və araxnoiditlərin müxtəlif formalarında mayenin dövranı pozulur və
hidrosefaliya inkişaf edir. Qazanılan hidrosefaliyanın forması, patogenezi və patoloji anatomiyası
anadangəlmə hidrosefaliyada olduğu kimidir. Klinik simptomların inkişafı kəskin, yaxud xroniki ola
bilər.
Anadangəlmə hidrosefaliyadan fərqli olaraq kəllənin böyüməsi və deformasiyası olmur. Kəllə nə
qədər az dəyişərsə, kəllədaxili təzyiqin artması, başağrıları, qusma başgicəllənmə, görmə siniri
məməciyinin durğunluğu daha çox olur. Psixi, ruhi pozulmalar qazanılmış hidrosefaliya üçün
səciyyəvi deyil.
Xəstələrdə yuxu pozulur. Qazanılmış hidrosefaliyanın kəskin formalarına hipertenzion
sindromun birdən-birə inkişaf etməsi aiddir.
Diaqnoz-böyümüş və deformasiyaya uğramış kəllədə əmgəklərin vurması, kəllə tikişlərinin
aralanması, kiçik üçbucaq şəklində solğun, qocayabənzər üz, böyük baş ilə yanaşı anadangəlmə
hidrosefaliyanın olmasını göstərir. Raxitdən və hidrosefaliyadan fərqli olaraq kəllə dördbucaq, qutu
şəklini almır, göz yuvası aşağı, əmgək gərgin və şişkin olmur.
Müalicəsi-anadamgəlmə hidrosefaliyada müalicə üsulu prosesin etiologiyasından asılıdır.
Toksoplazmozun hidrosefaliyanın yaranmasında böyük yer tutduğunu nəzərə alaraq, ana və uşağı
toksoplazmoza görə müayinə etmək lazımdır.
Sifilislə əlaqədar törənmiş hidrosefaliyada təkrar spesifik terapiya kursu aparmaq lazımdır.
Spesifik terapiya ilə yanaşı, dehidratasion müalicə təyin edilir. Cərrahi əməliyyatlar da mühüm yer
tutur. Açıq formada rentgen terapiyadan istifadə edilir. Müəyyən edilib ki, kəllənin ənsə nahiyyəsinin
az dozada rentgen şüalanması onurğa beyin mayesinin hasilatını artırır.
Mikrosefaliya
Mikrosefaliya-kəllə ölçülərinin və baş beynin kiçik olmasıdır. Xəstə uşağın başının ölçüləri
azalır, yuxarıya doğru daralır, sifət hissəsi üstünlük təşkil edir. Yüngül koordinasiya pozğunluğu olur,
intellektual çatışmamazlıq üstünlük təşkil edir. Kəllə-beyin yırtıqları zamanı əsas yeri klinikada ümumi
beyin və lokal simptomlar tutur, hansı ki, likvorodinamikanın pozulması ilə əlaqədar olur.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
58
MÖVZU 7
MƏRKƏZĠ SĠNĠR SĠSTEMĠNĠN ZƏHƏRLƏNMƏLƏRĠ
(NEYROTOKSĠKOZLAR)
Neyrotoksikozlar sinir sisteminin müxtəlif toksiki təsirlər nəticəsində pozğunluğu olub, kəskin
və xroniki şəkildə cərəyan edə bilər. Əgər təsir edən toksiki amil bir neçə saatdan bir neçə günə kimi
sinir sisteminin pozulmasına səbəb olarsa buna”kəskin neyrotoksokozlar”, toksiki amil uzun müddət
(aylar və illərlə) sinir sisteminə tədricən təsir göstərib onun pozulmasına səbəb olursa, buna da
“xroniki neyrotoksikoz”deyilir.
Karbon qazı ilə zəhərlənmə
Karbon qazı ilə zəhərlənmə hadisəsi istehsalatda və məişətdə (tüstü borularının nasazlığı ilə
əlaqədar olaraq) baş verə bilər. Qana keçmiş karbon qazı hemoqlobinlə birləşərək
karboksihermoqlobin yaradır, bu da toxumalarda oksigen azlığına səbəb olur. Bu kimi oksigen
çatışmazlığına beyin toxuması daha həssasdır. Karbon qazı ilə zəhərlənmə kəskin və xroniki olur.
Kəskin zəhərlənmə üç mərhələdə cərəyan edir. Birinci mərhələdə başağrısı, başgicəllənmə, qulaqlarda
küy, ürəkbulanma, qusma, ümumi zəiflik olur, xəstənin eşitmə qabiliyyəti zəifləyir, onu yuxu basır.
İkinci mərhələdə xəstə həddindən artıq zəiflədiyi üçün hərəkət edə bilmir.
Üçüncü mərhələdə xəstə dərin yuxuya gedir, sopor və nəhayət koma vəziyyətinə düşür.
Taxikardiya, arterial təzyiqin azalması və tənəffüs pozğunluğu meydana çıxır. Bu zaman xəstəni
havaya çıxarıb tənəffüsünü bərpa etmək lazımdır. Böhran vəziyyəti keçdikdən sonra bəzən xəstədə
iflic, yaxud parez, parkinsonizm əlamətləri, epileptik tutmalar, hiperkinezlər də ola bilər. Xroniki
zəhərlənmə zamanı başağrısı, başgicəllənmə, başda ağırlıq, yuxu pozğunluğu, ümumi əsəbilik
müşahidə olunur.
Müalicəsi: Xəstəni təcili olaraq təmiz havaya çıxartmaq, lazım gəldikdə süni yolla tənəffüs
vermək lazımdır. Vena daxilinə 20-40 ml 40%-li qlükoza məhlulu vurulmalı, vitaminlər verilməlidir.
Metil spirti ilə zəhərlənmə
Metil spirti ilə zəhərlənmə təsadüfən etil spirtinin əvəzinə qəbul etdikdə baş verir. Bu
zəhərlənmənin əsas əlaməti bəbəklərin genişlənməsindən, işığa qarşı reaksiyasının itməsindən, ürtək-
damar sisteminin və tənəffüsün pozulmasından, qan təzyiqinin aşağı enməsindən və huşun itməsindən
ibarətdir. Zəhərlənmə yüngül olduqda huş itməyə də bilər, lakin 2-3 gündən sonra kollaps baş verir. Bu
zaman ümumi əzginlik, ürək nahiyyəsində ağırlıq olur, arterial təzyiq azalır, nəbz və tənəffüs tezləşir,
ürək tonları karlaşır, üzü avazıyır, qarın nahiyyəsində ağrı, ürəkbulanma, qusma, qorxu hissi olur.
Bu simptomlar kəskinləşərək, arterial təzyiqin kəskin düşməsinə səbəb olur, soyuq tər, nəbz
aritmik, sapvari olur, huş qaralır, reflekslər itir, tonik qıcolmalar baş verir. Tənəffüs iflici nəticəsində
ölüm baş verir. Orta ağırlıqlı zəhərlənmənin əsas əlaməti görmə qabiliyyətinin pozulmasıdır, tezliklə
artır və korluqla nəticələnir.
Müalicəsi: Zəhərlənmənin ilk saatında mədə-bağırsaq sistemi yuyulmalı, dəri altına kamfora,
kofein vurulmalıdır. Venaya 30-40 ml 40%-li qlükoza məhlulu, 300-500 ml qan buraxandan sonra 5%-
li qlükoza məhlulu yeridilməlidir. Dəri altına prozerin, B
1
, B
6
. B
12
vitaminləri, dibazol təyin edilir.
FOB-ilə zəhərlənmə (fosfor-orqanik birləĢmələr)
Kənd təsərrüfatında və məişətdə geniş işlədilir. Orqanizmə nəfəs yolları, mədə və dəri
örtüklərindən keçə bilər. FOB mərkəzi və periferik sinir sisteminin sinapslarında olan xolinesterazaya
təsir göstərir, bu da asetilxlolinin toplanmasına. impulsların örtülməsinin pozulmasına, mərkəzi sinir
sisteminin həddindən artıq oyanmasına səbəb olur. Bu zəhərlənmənin klinikası üç mərhələyə bölünür.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
59
I mərhələ psixomotor oyanma, mioz, təngnəfəslik, tərləmə, arterial təzyiqin yüksəlməsi ilə
xarakterizə olunur.
II mərhələdə əzələlərin dartılması və qıcolması, hiperkinezlər, tənəffüsün pozulması, komatoz
hal müşahidə olunur.
III mərhələdə tənəffüs və ətraf əzələlərin iflici, arterial təzyiqin düşməsi. ürək ritminin
pozulması olur.
Müalicəsi: Mədə-bağırsaq sistemi yuyulmalıdır:
I mərhələdə: hər 1-3 saatdan bir ağızda quruluq əmələ gələnə kimi dəri altına 2-3 ml 0,1%
atropin, əzələ daxilinə 2 ml 2,5% aminazin və 10 ml 25% maqnezium sulfat vurulur.
II mərhələdə: 2-3 saatdan bir ağızda quruluq əmələ gələnədək venaya 15-20 ml qlükoza ilə 3 ml
0,1% atropin vurulur. Qıcolma zamanı 1,0 ml 25% benzoheksoniy, əzələ daxilinə 10 ml 25%
maqnezium sulfat, vena daxilinə 5 ml 10% barbamil və 4% 100 ml hidrokarbonat natrium. Dəri altına
isə xolinesterazanin reaktivatoru 1 ml 15% dipiroksim yeridilir.
III mərhələdə: ağ ciyərlərin süni ventilyasiyası, vena daxilinə 20-30 ml 0,1% atropin, əzələ və
yaxud vena daxilinə xolinesterazanin reaktivatoru 3 ml 40% izonitrazin və yaxud 1 ml 15% dipiroksim,
əzələ daxilinə isə 300 mq hidrokortizon və antibiotiklər vurulmalıdır.
Botulizmdə bulbar sindrom
Zəhərlənmənin ağır formasıdır. Klostridium botulinum bakteriyaları ilə yoluxmuş qida maddələri
ilə orqanizmə daxil olur və onu kəskin zəhərləyir. İnkubasiya dövrü 3-24 saat davam edir, az hallarda
2-8 gün davam edir, sonra ümumi zəiflik, baş ağrısı, ürəkbulanma. qusma, qarın nahiyyəsində ağrılar,
ishal müşahidə olunur. Proses ən çox beynin kötük hissəsində getdiyindən diplopiya, ptoz, çəpgözlük,
midriaz, işığa qarşı reaksiyanın, buynuz qişa refleksinin itməsi müşahidə olunur. Xəstənin nitqi
pozulur, çətin udqunur, dilini çətin tərpədir. Udlaq, qırtlaq əzələləri və yumşaq damaq iflic, bəzən
yüngül müvazinət pozğunluğu olur. Selik və göz yaşı ifrazı azaldığı üçün bütün selikli qişalar quruyur,
səsi dəyişir, bulbar iflic inkişaf edir. Tənəffüs pozulur və ölüm təhlükəsi yaradır. Xəstənin huşu itmir.
Müalicəsi: İlk saatlardan başlayaraq botulizmə qarşı zərdab vurulur, 10-12 saat ərzində effekt
olmursa zərdabın vurulması təkrar olunur. Mədə yuyulur (aktivləşmiş kömürlə) və təmizləyici imalə
edilir. Qan buraxılır və vena daxilinə izotonik məhlul, 5% qlükoza, lobelin, sititon vurulur.
Xlor üzvi birləĢmələri ilə zəhərlənmə
Bu birləşmələrdən məişətdə və kənd təsərrüfatında geniş istifadə olunur. Onlar baş beyində,
daxili orqanlarda, sümüklərdə, piy toxumalarında toplanma xüsusiyyətilə fərqlənirlər.
Klinikası: qarın nahiyyəsində ağrılar, qusma, ishal, kəskin oyanma, titrətmə, baldır əzələlərinin
qıcolması, əzələ zəifliyi, vətər reflekslərinin zəifləməsi müşahidə olunur. Tonik qıcolımalar, komatoz
hal, qara ciyərin zədələnməsi, kəskin ürək-damar çatışmazlığı meydana çıxır. Xroniki intoksikasiya
zamanı astenik sindrom (xəstələr ümumi zəiflikdən, tez yorulmadan, yüksək qıcıqlanmadan, yuxunun
pozulmasından, baş ağrısından şikayətlənirlər) və beyincik pozğunluqları inkişaf edir.
Müalicəsi: Mədə zondla yuyulmalı, bağırsaqlar boşaldılmalıdır. vena daxilinə 10 ml 10%
kalsium qlükonat 10 ml 10% kalsium xlorid, dəri altına 3 ml 1% nikotin turşusu, 2 ml 5% tiamin, əzələ
daxilinə isə 600 mq vitamin B
12
vurulmalıdır. Qıcolma zamanı əzələ daxilinə 5 ml 10% barbamil
yeridilir.
Hipoxloremiyanı aradan qaldırmaq üçün vena daxilinə 10-30 ml 10% natrium xlorid vurulur.
QurğuĢunla zəhərlənmə. Neyrosaturizm.
Qurğuşunla zəhərlənmə hadisəsi ən çox istehsalatda, bəzən isə məişətdə baş verir. Xəstə
başağrısı. başgicəllənmə və ətraflarda ağrılardan şikayətlənir. Getdikcə zəiflik, yorğunluq baş verir,
sinir sisteminin üzvi pozğunluğu simptomları təzahür edir. Petiferik sinirlərdən ən çox mil və incik
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
60
sinirləri pozulur. Mil sinirinin pozğunluğunda əl sallanır, barmaqları və biləyi açmaq mümkün olmur.
İncik sinirinin pozğunluğunda ayaq sallanır, pəncə üzərinə qalxıb durmaq çətinləşir, ayağı və
barmaqları arxaya doğru açmaq mümkün olmur. Bəzən bir çox sinirin birlikdə pozğunluğuna-
qurğuşunlu polinevritə təsadüf olunur. Bu zaman iflic ətrafların distal hissəsini tutur. Hissiyyat və
vegetativ pozğunluqlar meydana çıxır. Ümumi intoksikasiya olduqda dişlərin dibində boz-göy rəngdə
çöküntü toplanır. Üzün dərisi solğunlaşır, qanazlığı, hepatit əlamətləri baş verir, qarın nahiyyəsində
şiddətli ağrılar və qəbizlik olur.
Müalicə-15-20 gün müddətində 0,05% prozerin məhlulundan 1-2 ml, 1% qalantamin
məhlulundan 0,5 ml dəri altına vurmaq lazımdır. Vitamin B
1
, dibazol və s. işlədilə bilər. İflic olmuş
əzələlərə masaj, müalicə gimnastikası və fizioterapevtik müalicə üsulları tətbiq olunmalıdır.
Profilaktika – qurğuşunla əlaqədar istehsalatda işləyənlər mütləq profilaktik müayinədən
keçməlidir. Əgər qurğuşunla zəhərlənmə əlamətləri tapılarsa, xəstəni digər işə keçirmək, yaxud
vəziyyətinin ağırlığını nəzərə alaraq ona növbədənkənar məzuniyyət vermək və müalicəyə göndərmək
lazımdır.
İstehsalatda iş şəraitinin yaxşılaşdırılmasına, havanın təmizlənməsinə xüsusi diqqət verilməlidir.
İş otağında qida qəbulu qadağan edilməlidir. İş paltarları vaxtında dəyişdirilməlidir.
Dərman preparatları ilə zəhərlənmə
Barbituratlarla zəhərlənmə: Kəskin zəhərlənmə zamanı (amilnatrium, barbamil, fenobarbital
və s) ən çox düşüncənin dərin koma halına qədər daralması müşahidə olunur. Ürək-damar və tənəffüs
orqanlarının pozğunluqları (hipotermiya) ağır hallarda isə hipertermiya, gözün hərəki sinirinin
pozulması (ptoz, midriaz, nistaqm, konvergensiyanın pozğunluğu) ataksiya, vətər reflekslərinin
yüksəlməsi, sonra isə zəifləməsi ilə müşayiət olunur. Komatoz haldan çıxandan sonra emosional
ləbillik, depressiya, yuxu pozğunluğu müşahidə olunur.
Müalicəsi: Komatoz hal zamanı mədəni zondla yumalı, sonra isə 30 qr maqnezium sulfatı 100
ml suda həll edib vermək lazımdır. Vena daxilinə 4% natrium hidrokarbonat vurulur. Ağır hallarda
hemodializ tətbiq edilir. 100 ml qədər artırmaq şərti ilə 10 ml 10% bemeqrid sutkada vurulur. Dərin
koma zamanı bemeqrid əks göstərişdir.
Paxikarpinlə intoksikasiya: Çox vaxt hamiləliyi pozmaq məqsədilə istifadə olunan zaman baş
verir. Yüksək doza qəbul etdikdən bir neçə saat sonra baş gicəllənməsi, ürək bulanması, qusma,
ümumi zəiflik, görmə qabiliyyətinin pozulması, psixomotor oyanma meydana çıxır.
Tonik və klonik qıcolmalar, əzələlərin fibrillyar dartılması, taxkardiya, arterial hipertenziya
müşahidə olunur. Ağır hallarda isə huşun itməsi, kollaps, səthi tənəffüs qeyd olunur.
Müalicəsi: Mədə yuyulmalı, bağırsaq boşaldılmalıdır. Hemodializ, tənəffüs pozulması zamanı
ağciyərlərin süni ventilyasiyası tətbiq olunmalıdır. Dəri altına 1 ml 0,5% prozerin, 2-3 ml ATF, 10 ml
0,5% tiamin, qıcolma zamanı isə vena daxilinə 3 ml 10% barbamil vurulur.
Heyroleptiklərlə intoksikasiya: Bu intoksikasiya zamanı ümumi zəiflik, baş gicəllənməsi,
ürəkbulanma, ağızda quruluq olur. Sonra isə qıcolma, huşun itməsi qeyd olunur. Koma dərin olmur.
Vətər refleksləri yüksəlir, bəbəklər kiçilir, nəbz tezləşir, arterial təzyiq azalır. Komatoz haldan
çıxdıqda xəstədə parkinsonizm əlamətləri inkişaf edir.
Müalicəsi: Mədə yuyulur, hemosorbsiya tətbiq edilir. Arterial hipotenziya zamanı dəri altına 1-3
ml 10% kofein, 1-25% efederin, əzələ daxilinə isə 4 ml 5% tiamin vurulur.
Vegetativ sinir sisteminin xəstəlikləri
Vegetativ sinir sistemi bütün daxili orqanalrın və toxumaların innervasiyasında iştirak etdiyi
üçün elə bir xəstəlik qeyd etmək mümkün deyil ki, orada vegetativ sinir sisteminin bu və ya digər
pozğunluğuna təsadüf olunmasın. Bunlardan başqa, vegetativ sinir sisteminin qabıq, qabıqaltı və
periferik şöbəsində baş verən funksional pozğunluqlar bir sıra damar nevrozu və allergik reaksiyaların
meydana çıxmasına səbəb olur.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
61
Reyno
xəstəliyi
Reyno xəstəliyi bədənin müəyyən hissələrində, ən çox əl barmaqlarında arteriya və kapillyarların
tutmalar şəklində spastik hala düşməsi ilə cərəyan edir. Burada damar divarı və onu tənzim edən sinir
aparatında morfoloji dəyişiklik olmadığı halda, damarların nevrogen mənşəli və tez keçib gedən
funksional pozğunluğu olur.
Reyno xəstəliyi üç mərhələdə cərəyan edir:
1) angiopastik;
2) məhəlli asfiksiya;
3) nekroz
Angiospastik mərhələdə yuxarı ətraf damarlarının sıxılması nəticəsində barmaqların ucları ağarır,
əl soyuyur, dərisi solğunlaşır, hissiyat zəifləyir, ətraflarda ağrı və paresteziya olur (çox zaman buna ölü
barmaq simptomu deyilir) Damarlarda sıxılma keçdikdən sonra barmaqların solğunluğu sianozla əvəz
olunur və nəhayət barmaqlarda hiperemiya baş verir. Bu zaman xəstə barmaqlarında istilik, yanğı hissi,
bəzən də iynə, sancaq batma hissi keçirir.
Məhəlli asfiksiya mərhələsində barmaqlarda venoz durğunluq baş verir. Dəri göyərir, yaxud
mərmər şəklini alır. Ağrı, paresteziya və hissiyyat pozğunluğu kəskinləşir, dəri quruyur və ətraflar
soyuyur. Nekroz mərhələsi isə barmaqların ucunun çox vaxt son buğumlarının dərisinin nekrozlaşması
ilə nəticələnir.
Müalicəsi: Spazmolitiklərdən papaverin, eufillin, temisal, komplamin fizioterapevtik üsullardan
isə UB-şüa, isti vannalar, diateremiya və novokain blokadaları təyin edilir.
Miqren
Başın bir yarısında ağrılardan ibarət olub, tutmalar şəklində başlayır. Çox vaxt irsən keçən, bəzi
hallarda özünü sonradan büruzə verən beyin –damar xəstəliklərindəndir. Bu xəstələr söyləyir ki, baş
ağrıları onlarda çox kiçik yaşlardan başlayıb, onların analarında, nənələrində də olub. Bu xəstəliyin irsi
xüsusiyyət daşıdığını göstərir. Miqren tutmaları aşağıdakı formalrda təzahür edir: Sadə miqren
forması: göz və gicgah nahiyyəsində ağrılarla başlayır. Get-gedə ağrı başın bir yarısını tutur. Xəstə
işığa həssas olur, öyüyür və qusur, gicgah arteriyası gərginləşir və ağrı verir. Bir neçə saatdan sonra
ağrı azalır və tamam keçir. Oftalmik (göz) formasında xəstənin gözləri qarşısında işıqlı cizgilər sayrışır.
15-20 dəqiqədən sonra bu əlamət keçir, göz alması, alın və gicgah nahiyyəsində ağrı başlayır. Səs, işıq
baş ağrılarını daha da kəskinləşdirir, xəstənin ürəyi bulanır, qusur, sonra bu əlamətlər tədricən keçib
gedir. Ofalmoplegik formasında başağrıları ilə yanaşı gözün hərəki əzələlərinin müvəqqəti parezi
yaxud iflici olur. Xəstə gözündə ikiləşmədən şikayətlənir, gözləri çəpləşir. Vestibulyar formada isə
başağrısı, başgicəllənmə olur. Miqren tutmaları bərk əsəbləşmək, ətirli maddələr qoxulamaq
yuxusuzluq, həddindən artıq zehni əmək, alkoqoldan sui-istifadə nəticəsində baş verir. Miqren gənc
yaşlarda başlayıb 50-60 yaşlarından sonra sakitləşməyə başlayır. Qadınlarda daha çox təsadüf olunur.
Dostları ilə paylaş: |