Servis imkanları: əmtəənin ehtiyat hissələrinin asan əldə edilməsi.
Estetikası: əmtəənin görünüşü, hiss edilməsi, iyi, dadı və səsi.
Təhlükəsizliyi: istehlakçının əmtəədən sağlamlıq baxımdan ziyan görməməsi, xüsusilə də avtomobil
sənayesində.
Başqa anlayışlar: ticarət markası, reklama əsaslanan subyektiv anlayışlar.
5. Keyfiyyət menecment sistemi:
Istehsal olunan əmtəə və xidmətin layihələndirilən keyfiyyətə uyğunluğunu müəyyənləşdirmək məqsədilə
firma daxilində müvafiq strategiyanın həyata keçirilməsinə ehtiyac vardır. Bu məqsədlə keyfiyyət
menecment sistemindən istifadə edilir.
Dostları ilə paylaş: |