9. Əmtəə və xidmətlər üzrə əməliyyatlar:
Firmalarda təkcə əmtəə deyil, xidmətlər də yaradılır. Əmtəə və xidmətlərin xüsusiyyətləri fərqli olmasına
baxmayaraq, əməliyyatlar baxımından oxşar fəaliyyətlərə malikdirlər. Yəni, hər ikisində keyfiyyət
menecmenti, standartlar, istehsal yerinin seçilməsi, işçi qüvvəsinin idarəedilməsi və s. kimi məsələlər eyni
məqsəd daşıyır. Bəzi hallarda əmtəə və xidmətlər eyni halda yaradılır.
10. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı rəqabət qabiliyyətinə belə bir tərif vermişdir:
“Vətəndaşların real gəlirlərinin artırılması məqsədilə ölkələrin əmtəə və xidmətlərini dünya bazarlarına
göndərmək dərəcəsidir”.
|