6. Lean yerləşdirmə aşağıdakı üstünlüklər əldə olunur:
Məsafənin qısaldılması;
Dəyişikliyə uyğunlaşmanın artırılması;
İnventarlaşmanın azaldılması.
7. Lean planlaşdırma:
Effektiv planlaşdırma firma daxilində və firmadan kənar təchizatçılarla geniş əlaqələr nəticəsində əldə
olunur. Bu Lean planlaşdırmadır.
8. Kanban :
yapon terminidir, açıqlaması “siqnal” və ya “kart” mənasını verir. Bu metoddan məhsul və materialı
qənaətli istehsal xəttinə keçirmək üçün istifadə olunur.
9. İtkilərin azaldılması:
Lean əməliyyatlarında əsasən aşağıdakı məsələlər nəzərdə saxlanılır: xarab ehtiyat hissələrinin
minimumlaşdırılması, inventarlaşmanın azaldılması, yalnız əlavə dəyər yaradan fəaliyyətlərin icrası və
itkilərin azaldılması.
10. Ohno tərəfindən müəyyənləşdirilən 7 itki:
Artıq istehsal – Müştərilərin tələbindən artıq istehsal etmək və yaxud sifarişdən qabaq istehsal etmək itki
hesab olunur;
Növbələr – anbarlaşdırma və səbəbsiz gözləmələr itki hesab olunur;
Nəqliyyat – istehsal müəssisələri, sexlər arasında materialların hərəkəti itki hesab olunur;
İnventarlaşdırma – lazımsız xammal, aralıq məhsulları, hazır məhsullar və avadanlıqların ehtiyat
hissələrinin anbarlarda saxlanması itkidir;
Hərəkət – işçi heyətin və avadanlıqların dəyər yaratmadan hərəkəti itkidir;
Artıq istehsal prosesi – məhsul üzərində dəyər yaratmadan hər-hansı bir fəaliyyət itkidir;
Defekt məhsul – məhsulların qayıdışı, zəmanətin ödənilməsi və yenidən işləmə itkidir.
11. 5 S-lər?
Keçən bir əsr ərzində əməliyyat menecerləri sifarişyönümlü və səmərəli istehsal müəssisəsi yaratmaqla
itkiləri azaltmağa çalışmışlar. Bu məqsədlə yaponlar 5S-ləri yaratmışlar.
12. 5S-lər:
Sortlaşdırma – iş mühitində zəruri olanları saxlamaq və qalanları uzaqlaşdırmaq;
Sadələşdirmə - təhlil metodlarından istifadə etməklə fəaliyyətin gücləndirilməsi və itki hərəkətlərinin
azaldılması.
Parıldatmaq – gündəlik təmizləmə, bütün çirklərin aradan qaldırılması;
Standartlaşdırma – standart əməliyyat proseduralarını yaratmaqla kənarlaşmaların minimumlaşdırılması;
Qorumaq – davamlı olaraq fəaliyyətdə proqresi qorumaq;
Təhlükəsizlik – istehsal prosesində təhlükəsiz mühitin yaradılması;
Dəstəkləmək – dəyişikliyi və gözlənilməz xərcləri azaltmaq.
13. Pull sistemi:
Əməliyyat gücünün yaxşılaşdırılması məqsədilə Pull sistemindən istifadə edirlər. Pull Lean-in standart
vasitəsidir. Pull sistemi siqnallardan istifadə etməklə istehsal mərhələlərinə lazım olan materialları tələb
edir. Bu da hədər getmənin qarşısını alır.