8. Ümumi keyfiyyət menecmenti (ÜKM) və Keyfiyyət menecment sistemi (KMS)
ÜKM 1980-cı illərdə Yaponiyada keyfiyyətin artırılması məqsədilə yaranmışdır və 1990-cı illərdə
məşhurlaşaraq minlərlə firma tərəfindən tətbiq edilməyə başlanılmışdır. Bu nəzəriyyə təşkilatyönümlü
olmasına baxmayaraq, uzunmüddətli uğur əldə etmək üçün əsas strategiyadır. Bu məqsədlə bütün təşkilat
əməkdaşları birgə fəaliyyət göstərməli və əsas fəaliyyətlərini koordinasiya etməlidirlər.
9. Ümumi Keyfiyyət Menecmentindədə Demininqin 14 prinsipindən istifadə edilməklə aşağıdakı prinsiplər
nəzərdə tutulmuşdur:
Keyfiyyət gərək idarə olunsun.
Müştərinin keyfiyyət düşüncəsi və müştəri məmnunluğu mühüm vəzifədir.
Menecment əsas rol oynamalıdır və liderlik təmin olunmalıdır.
Davamlı olaraq keyfiyyətin gücləndirilməsi strateji məqsəd olmalıdır.
Keyfiyyətin gücləndirilməsi hər bir işçinin əsas vəzifəsi olmalıdır.
Keyfiyyət problemi prosesdə axtarılmalıdır, problemlər həll edilməli və qarşısı alınmalıdır.
Keyfiyyət standartı “qüsursüzlük”dür.
Keyfiyyət qiymətləndirilməlidir, onun gücləndirilməsi məqsədilə alətlərdən və statistik proses nəzarətindən
istifadə edilməlidir.
Dostları ilə paylaş: |