Plan: 1.Qalaktika haqqında. 2.Günəş. Günəş sistemi. 3.Planetlərarası son tədqiqatlar. 4.Günəş sisteminin mənşəyi haqqında nəzəriyyələr. 5.Yerin Günəş ətrafında hərəkəti.
1.Qalaktika haqqında.Yer-Günəş sisteminin planetidir. Günəş sistemi isə Qalaktikanın bir hissəsidir. Qalaktika (yun.qalaktikos-Süd yolu) kosmik sistem olaraq onun tərkibinə 100 mlrd-dan artıq müxtəlif tipli ulduz, ulduz yığını, qaz, toz dumanlıqları, qazlar, tozlar və müxtəlif hissəciklər daxildir. Qalaktikanın diametri 100 min işıq ilinə, mərkəzinin qalınlığı 12 min işıq ilinə yaxındır. Yerin şimal qütbündən baxdıqda Qalaktika simmetriya oxu ətrafına saat əqrəbinin əksi istiqamətində fırlanır. Günəş sistemi Qalaktikanın mərkəzi ətrafında 180 mln. ilə tam dövr edir, bu müddət Qalaktika ili adlanır.
Kainat və ya kosmos (yunan dilində “nizamlanma” mənasını verir) sonsuz və obyektiv varlıq olub, külli miqdarda səma cisimlərindən ibarətdir. Bu səma cisimləri ölçülərinə və fiziki kimyəvi xüsusiyyətlərinə görə qruplaşdırır:
a) nəhəng ulduzlar;
b) onların təsvirində yerləşən nisbətən böyük səma cisimləri, planetlər.
Ulduz və planetlərin ətrafında isə saysız-hesabsız kiçik səma cisimləri peyklər, asteroidlər, kometlər, meteroidlər yerləşir. Nəhəng ulduz qrupları bir-biri ilə birləşib vahid sistem əmələ gətirirlər. Tərkibində 1 milyarda qədər ulduz olan belə sistem qalaktika adlanır və ona kəhkəşan deyilir. Kainatın tərkibində 100 milyondan artıq qalaktikanın olduğu güman olunur. Digər qalaktikaların mövcudluğunu Amerikalı astronom Edvin Nobel sübut etmişdir. “Süd yolu” və ya “Saman yolu” adlanan bizim qalaktika mərkəzdə daha çox ulduz dumanlıq olan spiralvari formaya malikdir.
2.Günəş. Günəş sistemi. 1) Günəş özündən işıq saçan istilik verən qızmar qaz yığımından ibarət səma cismidir. Səthində 6 min dərəcə mərkəzində isə 2 mln dərəcəyə çatan isti var. Tərkibi: 70% hidrogen, 29% helium, 1% isə Mendeleyevin dövrü sisteminin digər elementləri təşkil edir. Yerlə günəş arasındakı məsafə 149,6 mln. (150 mln) km-dir. Saniyədə 300 min km sürətlə hərəkət edən işıq şüası Günəşdən Yerə 8,3 dəqiqəyə çatır. Günəşin diametri Yerin diametrindən 109 dəfə, həcmi isə 1 mln 300 min dəfə böyük, kütləsi 332 min dəfə çoxdur. Günəş öz oxu ətrafında saatda 70 min km fırlanır. Tam dövrəni 25 sutkaya tamamlayır.
Günəşin şüalandırdığı enerjinin mənbəyi hidrogenin heliuma çevrilməsindən ibarət nüvə reaksiyasıdır. Günəş səthində t-6000K-ə yaxındır. Günəş atmosferi üç laydan ibarətdir: fotosfer, xromosfer və günəş tacı. Günəş tacından radial plazma axını fəzaya yayılır və bu Günəş küləyi adlanır, günəş küləyi Yerə də çatır. Günəş fəalıığı illəri 11-illik tsikllə ifadə olunur, maksimal fəallıq minimumla əvəz olunur. Günəş fəallığının dəyişməsi Yerin maqnitosferi və ionosferinə təsir göstərir. Redington universitetinin professoru Mayk Lokvuda görə, günəş fəallığı son 9300 il ərzində güclü surətdə aşağı düşür. Günəş fəallığı maksimal olmaq əvəzinə 2011-ci ildən sonra aşağı düşməyə başlamışdır. Bu isə Yer kürəsində qlobal istiləşmə prosesinin ləngiməsinə və qış aylarında güclü soyuqların yaranmasına səbəb olmuşdur.