hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və
ya yazılı məlumatı təqdim etmədikdə vergi orqanı vergi ödəyicisinin
əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə
başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi
metodu tətbiq edir.
Aşağıda
göstərilən
şəxslər
sadələşdirilmiş
verginin
ödəyiciləridirlər:
- mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə
(beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan
Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən
taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər
vasitəsilə həyata keçirən şəxslər;
- mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (mülkiyyətində
və ya icarəsində olan, habelə məqsədli şəkildə ayrılan ərazidə (torpaq
sahəsində) özünəməxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi
(şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü
ilə və yaxud müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb
etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin
mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər).
Aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergitutma sistemini
tətbiq etmək hüququ yoxdur:
- aksizli mallar istehsal
edən şəxslər;
- kredit və sığorta təşkilatları, investisiya fondları, qiymətli
kağızlar bazarının peşəkar iştirakçıları, lombardlar;
- qeyri-dövlət pensiya fondları;
- əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edənlər;
- mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri
Dostları ilə paylaş: