Müəssisələrin əmlak vergisi dövlət büdcəsinə ödənilir.
Azərbaycan Respublikasının Vergi Məcəlləsində hüquqi şəxsləri
əmlak vergisi üzrə bir sıra güzəştlər və azadolmalar nəzərdə
tutulmuşdur.
Dövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünü
idarəetmə orqanları, Azərbaycan Respublikasının Milli Bankı və onun
qurumları, dövlət fondları və əlillərin ictimai təşkilatları əmlak vergisini
ödəməkdən azaddır.
Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri
aşağıdakı əmlakın dəyərində azaldılır:
- ekologiya, yanğından mühafizə və ya mülki müdəfiə üçün
istifadə edilən obyektlərin;
- məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə
və enerji ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi
obyektlərinin;
- təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu
sahələrinin təyinatı üzrə istifadə etdiyi obyektlərinin.
Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və
tramvaylar əmlak vergisindən azaddır.
Dostları ilə paylaş: