vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki
xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dən müvafiq
orqana təqdim edir.
Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə
görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş
şəxsdən tutulur.
Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi
ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.
Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il
avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın
əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi ödəmə vaxtında
həmin əmlakın sahibi tərəfindən ödənilir.
Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.
Dostları ilə paylaş: