Azərbaycan Respublikasında istehsal olunan neft məhsullarına
aksiz dərəcələri Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
3. Aksiz vergisindən azadolmalar və verginin hesablanıb
büdcəyə ödənilməsi.
Aşağıdakılar aksizdən azad edilir:
- fiziki şəxsin fərdi istehlakı üçün 3 litr alkoqollu içkinin və 3 blok
siqaretin idxalı, həmçinin Azərbaycan Respublikasına avtomobillərlə
gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə
tutulmuş bakındakı yanacaq;
- Azərbaycan Respublikası ərazisindən tranzitlə daşınan mallar;
- təkrar ixrac üçün nəzərdə tutulan mallar istisna edilməklə,
malların Azərbaycan Respublikası ərazisinə müvəqqəti idxalı;
- təkrar ixrac üçün nəzərdə tutulan və girovla təminat verilən
mallar.
Aksizli malları (xammal və materialları) alan və bu malları vergi
tutulan digər aksizli malların istehsalı üçün istifadə edən şəxs xammal və
materialları alarkən ödənilmiş aksizin məbləğini əvəzləşdirmək və ya
geri almaq hüququna malikdir. Aksizin məbləği yalnız xammal və
materialların istehsalçısı tərəfindən aksizin ödənildiyini təsdiq edən
hesab-faktura, xammal və materiallar idxal edildikdə isə - müvafiq
sənədlər vergi orqanına verildiyi zaman əvəzləşdirilir və ya geri
qaytarılır. Sənədlər vergi orqanına verildikdən sonra 45 gün ərzində
tutulmuş aksiz məbləği vergi ödəyicisinə qaytarılır.
Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal
edildikdə hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər
hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməlidir.
Vergi ödəyicisinin aksizin ödənişi üzrə borcu varsa, həmin borc
yaranandan ödənilənədək həyata keçirilən vergi tutulan əməliyyatlar
üzrə aksizlər, həmin əməliyyatların aparıldığı vaxt ödənilir və vergi
ödəyicisinin həmin malları bu mallar üzrə aksizi ödəyənədək istehsal
binasının hüdudlarından kənara çıxartmağa hüququ yoxdur.
Aksizli mallar idxal edildikdə, aksiz gömrük orqanları tərəfindən
gömrük rüsumlarının tutulduğu qaydada tutulur.
Aksizlər dövlət büdcəsinə ödənilir.
Aksizli mallar istehsal edən vergi ödəyicisi Vergilər Nazirliyinin
müəyyən etdiyi qaydada verginin ödənilməsi üçün nəzərdə tutulmuş
Dostları ilə paylaş: