istehlak (istehlak üçün zəruri olmaması), həm də fiskal (istehlak xərcləri
nisbətən az, aksiz dərəcəsi isə yüksək olduğundan büdcə gəlirlərinin əsas
mənbələrindən biri olması) nöqteyi-nəzərindən xüsusi xarakter daşıyır
və demək olar ki, dünyanın bütün ölkələrində aksiz vergisinə cəlb
olunurlar. Aksiz vergisinin tarixi də məhz bu iki məhsul növünün
istehsal olunduğu vaxtdan başlanır.
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, yaxud idxal
olunan aksizli mallardan, vergidən azad edilən mallar istisna olunmaqla
aksiz tutulur.
Azərbaycan Respublikası ərazisində aksizli malların istehsalı və ya
idxalı ilə məşğul olan bütün müəssisələr və fiziki şəxslər, habelə
Azərbaycan Respublikasının hüdudlarından kənarda bilavasitə özü və ya
podratçı vasitəsilə aksizli mallar istehsal edən və istehsal etdiyi yerdə
vergi ödəyicisi kimi uçotda olmayan Azərbaycan Respublikasının
rezidentləri aksizin ödəyiciləridirlər.
Sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası
ərazisində mallar istehsal edildiyi hallarda, malların istehsalçısı
(podratçı) aksizin ödəyicisidir. Bu halda istehsalçı (podratçı) aksiz
məbləğlərini sifarişçidən almalıdır.
Dostları ilə paylaş: