FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə144/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   140   141   142   143   144   145   146   147   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
111


tərəf onları qurursa və ya quraşdırırsa, təqdim edilmə malların qurulduğu 
və ya quraşdırıldığı yer sayılır. 
 
Hesabat  dövrü  ərzində  vergi  tutulan  dövriyyədən  büdcəyə 
ödənilməli olan ƏDV-nin məbləği vergitutulan dövriyyədən hesablanan 
verginin  məbləği  ilə  əvəzləşdirilməli  olan  verginin  məbləği  arasındakı 
fərqlə müəyyən edilir. 
 
Əvəzləşdirilən  ƏDV-nin  məbləği  vergi  ödəyicisinə  verilmiş  vergi 
hesab-fakturaları  üzrə  nağdsız  qaydada  (mal,  iş  və  xidmət  təklif  edənin 
bank  hesabına  birbaşa  nağd  qaydada  ödənişlər  istisna  edilməklə) 
aparılmış ödəmələrdə verginin məbləği sayılır.  
 
ƏDV-nin  ödəyicisi  kimi  qeydiyyatdan  keçən  və  vergi  tutulan 
əməliyyat  aparan  şəxs  malları,  işləri  və  xidmətləri  qəbul  edən  şəxsə 
vergi hesab-fakturası verməyə borcludur. Vergi hesab-fakturasında vergi 
ödəyicisinin  və  alıcının  adları,  eyniləşdirmə  nömrələri,  mal,  iş  və 
xidmətin  adı,  vergi  tutulan  əməliyyatın  məbləği  və  həcmi,  aksizli 
mallarda  aksizin  məbləği,  ödənilməli  olan  verginin  məbləği,  hesab-
fakturanın  verilmə  tarixi,  sıra  nömrəsi,  qeydiyyat  bildirişi  vermiş  vergi 
orqanının adı, bildirişin verilmə tarixi və sıra sayı, hesab-fakturada imza 
etmiş məsul şəxsin vəzifəsi, soyadı və atasının adı göstərilməlidir. 
 
Vergi  ödəyicisi  malın  alıcısına  (  işlərin  və  xidmətlərin 
sifarişçisinə)  vergi  hesab-fakturasını  mal  göndəriləndən  (iş  görüləndən, 
xidmət  göstəriləndən)  sonra  5  gündən  gec  olmayaraq  verməyə 
borcludur. 
 
ƏDV-nin  ödəyiciləri  olmayan  alıcılara  pərakəndə  mal 
göndərildikdə və ya xidmət göstərildikdə, vergi hesab-fakturası əvəzinə 
qəbz  və  ya  çek  verilə  bilər.  Lakin  bu  sənədlər  vergini  əvəzləşdirməyə 
əsas vermirlər. 
 
Gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyi 
göstərən  idxal  sənədləri  ödəniş  formasından  asılı  olmayaraq  verginin 
əvəzləşdirilməsinə  əsas  verir.  Vergi  tutulan  idxalda  ƏDV  gömrük 
orqanları tərəfindən hesablanır və alınır. 
 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin