- malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və
ya xidmətlərin göstərildiyi vaxtda;
- malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa,
daşınmanın başlandığı vaxtda.
Ödəmə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin
görüldüyü və ya xidmətlərin göstərildiyi və malların göndərilməsi
onların daşınmasını nəzərdə tutursa, daşınmanın başlandığı vaxta qədər
həyata keçirildikdə, ödəmədən sonrakı 5 gün ərzində ƏDV-nin hesab-
fakturası verilmirsə, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə
aparılmış sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə
aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata
keçirilmiş sayılır.
Xidmətlər müntəzəm və ya daimi əsasda göstərilirsə, xidmətlərin
göstərilməsi vaxtı bu əməliyyatların hər hansı hissəsi üçün hər dəfə
ƏDV-nin hesab-fakturasının verildiyi vaxt, yaxud ödəmə əvvəl həyata
keçirilmişsə, əməliyyatın hər hansı hissəsinin ödənildiyi vaxt sayılır.
Malların idxalı zamanı vergi tutulan əməliyyatın aparılması vaxtı
onlardan istifadə edilməsinə, yaxud onların istehlakına başlandığı vaxt
sayılır.
Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə
edirsə və müvafiq əvəzləşmə hüququ alırsa və ya almaq hüququna
malikdirsə, belə mallardan qeyri-kommersiya məqsədləri üçün istifadə
edilməsinə başlanıldığı vaxt vergi tutulan əməliyyatın aparıldığı vaxt
sayılır.
Vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz
işçilərinə və digər şəxslərə mal verdiyi, iş gördüyü və xidmət göstərdiyi
vaxt vergi tutulan əməliyyatın aparıldığı vaxt sayılır.
Vergi ödəyicisinin qeydiyyatı ləğv edildikdə, ləğvetmə vaxtı onun
sahibliyində malların qalması zamanı – ləğvetmənin qüvvəyə
minməsindən əvvəlki gün vergi tutulan əməliyyatın aparıldığı vaxt
sayılır.
Gömrük qanunvericiliyinə uyğun olaraq mallara gömrük rüsumları
tutulduğu vaxt malların idxal edilməsi vaxtı sayılır. Əgər idxal olunan
mallar gömrük rüsumlarından azad edilərsə, malların idxal edilməsi
vaxtı onların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxt sayılır.
Malların təqdim edilməsi onların verildiyi yerdə həyata keçirilir.
Malların göndərilməsi şərtlərində malların yola salınması və ya nəql
edilməsi nəzərdə tutulursa, təqdim edildiyi yer onların yola salınmasına
və ya nəql edilməsinə başlandığı yer sayılır. Lakin malları göndərən
Dostları ilə paylaş: