FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov


 ƏDV – yə tutulan əməliyyatın vaxtı



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə143/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   139   140   141   142   143   144   145   146   ...   179
Vergilər Və Vergitutma

6. ƏDV – yə tutulan əməliyyatın vaxtı 
 
 
Vergi  tutulan  əməliyyatın  vaxtı  həmin  əməliyyat  üçün  ƏDV-nin 
hesab-fakturasının  verildiyi  vaxt  sayılır.  Malların  göndərildiyi  və  ya 
təqdim  edildiyi,  işlərin  görüldüyü  və  ya  xidmətlərin  göstərildiyi  və 
malların  göndərilməsi  onların  daşınmasını  nəzərdə  tutursa,  daşınmanın 
başlandığı vaxtdan 5 gün ərzində ƏDV hesab-fakturası verilmirsə, vergi 
tutulan əməliyyat aşağıdakı vaxtlarda aparılmış sayılır: 
KitabYurdu.az 
110


 
- malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və 
ya xidmətlərin göstərildiyi vaxtda; 
 
-  malların  göndərilməsi  onların  daşınmasını  nəzərdə  tutursa, 
daşınmanın başlandığı vaxtda. 
 
Ödəmə  malların  göndərildiyi  və  ya  təqdim  edildiyi,  işlərin 
görüldüyü  və  ya  xidmətlərin  göstərildiyi  və  malların  göndərilməsi 
onların daşınmasını nəzərdə tutursa, daşınmanın başlandığı vaxta qədər 
həyata  keçirildikdə,  ödəmədən  sonrakı  5  gün  ərzində  ƏDV-nin  hesab-
fakturası  verilmirsə,  vergi  tutulan  əməliyyat  ödəmə  həyata  keçirildikdə 
aparılmış sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə 
aparılırsa,  hər  ödəmə  ödəniş  miqdarında  ayrıca  əməliyyat  üçün  həyata 
keçirilmiş sayılır. 
 
Xidmətlər  müntəzəm  və  ya  daimi  əsasda  göstərilirsə,  xidmətlərin 
göstərilməsi  vaxtı  bu  əməliyyatların  hər  hansı  hissəsi  üçün  hər  dəfə 
ƏDV-nin  hesab-fakturasının  verildiyi  vaxt,  yaxud  ödəmə  əvvəl  həyata 
keçirilmişsə, əməliyyatın hər hansı hissəsinin ödənildiyi vaxt sayılır. 
 
Malların  idxalı  zamanı  vergi  tutulan  əməliyyatın  aparılması  vaxtı 
onlardan  istifadə  edilməsinə,  yaxud  onların  istehlakına  başlandığı  vaxt 
sayılır. 
 
Vergi  ödəyicisi  malları  (işləri,  xidmətləri)  ƏDV-ni  ödəməklə  əldə 
edirsə  və  müvafiq  əvəzləşmə  hüququ  alırsa  və  ya  almaq  hüququna 
malikdirsə,  belə  mallardan  qeyri-kommersiya  məqsədləri  üçün  istifadə 
edilməsinə  başlanıldığı  vaxt  vergi  tutulan  əməliyyatın  aparıldığı  vaxt 
sayılır. 
 
Vergi  ödəyicisinin  haqqı  ödənilməklə  və  ya  əvəzsiz  qaydada  öz 
işçilərinə və digər şəxslərə mal verdiyi, iş gördüyü və xidmət göstərdiyi 
vaxt vergi tutulan əməliyyatın aparıldığı vaxt sayılır. 
 
Vergi ödəyicisinin qeydiyyatı ləğv edildikdə, ləğvetmə vaxtı onun 
sahibliyində  malların  qalması  zamanı  –  ləğvetmənin  qüvvəyə 
minməsindən  əvvəlki  gün  vergi  tutulan  əməliyyatın  aparıldığı  vaxt 
sayılır. 
 
Gömrük qanunvericiliyinə uyğun olaraq mallara gömrük rüsumları 
tutulduğu  vaxt  malların  idxal  edilməsi  vaxtı  sayılır.  Əgər  idxal  olunan 
mallar  gömrük  rüsumlarından  azad  edilərsə,  malların  idxal  edilməsi 
vaxtı onların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxt sayılır. 
 
Malların  təqdim  edilməsi  onların  verildiyi  yerdə  həyata  keçirilir. 
Malların  göndərilməsi  şərtlərində  malların  yola  salınması  və  ya  nəql 
edilməsi nəzərdə tutulursa, təqdim edildiyi yer onların yola salınmasına 
və  ya  nəql  edilməsinə  başlandığı  yer  sayılır.  Lakin  malları  göndərən 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin