1. Aksiz vergisinin mahiyyəti və verginin ödəyiciləri
Aksizin bir vergi növü kimi formalaşması tarixi çox qədimdir.
Buna görə də onun yaranma tarixi barədə dəqiq fikir söyləmək çətindir.
Belə bir faktı qeyd etmək olar ki, b.e.ə. 162-133-cü illərdə qədim
Romada ölkəyə qeyri-istehlak məqsədləri üçün gətirilən mallardan
xəzinəyə məcburi ödənişlər toplanırdı. B.e.ə. II minilliyin əvvəllərində
Qədim Misirdə pivədən vergi tutulurdu. Düzdür, bu ödənişlərin
toplanması üsulu heç də müasir dövrdə tətbiq edilən aksiz üzrə
vergitutma mexanizminə uyğun gəlmir. Sadəcə olaraq bu ödənişləri
aksizin ilk yaranma rüşeymlərinə aid etmək olar.
Aksizin məqsədli şəkildə geniş tətbiqinə Fransada başlanılıb.
Valualar sülaləsinin ilk kralı olan VI Filipp 1345-ci ildə duz, çaxır və
arağa vergi tətbiq edilmişdir. Qeyd etmək lazımdır ki, fransız dilindən
götürülmüş aksiz sözünün mənası “kəsmək” deməkdir. Hal-hazırda
dünyanın demək olar ki, əksər ölkələrində aksiz vergisi tətbiq olunur.
Aksiz – aksizli malların satış qiymətinə daxil edilən, aksizli malları
istehsal edən vergi ödəyicilərindən tutulan vergidir. Bütün dolayı
vergilər kimi aksizlər də əmtəənin qiymətini formalaşdırır və faktiki
olaraq onun ödənilməsi alıcının üzərinə keçirilir. Formal olaraq bu
verginin ödəyiciləri aksizli məhsul istehsal edən müəssisələrdir. Lakin
aksizin məbləği əmtəənin qiymətinə daxil edildiyindən faktiki olaraq
onun ödəyiciləri aksizli məhsulun istehlakçılarıdır.
İqtisadi mahiyyətinə görə aksizlər bir tərəfdən yüksək rentabelli
məhsul istehsalından əldə edilən əlavə mənfəətin bir hissəsinin dövlət
büdcəsinə tutulması, digər tərəfdən isə sosial cəhətdən zərərli malların
istehlakının məhdudlaşdırılması məqsədilə tətbiq edilir.
Aksizləri digər vergilərdən fərqləndirən əsas xüsusiyyət onların
məhdud sayda məhsullara, yəni qanunvericilikdə ciddi surətdə “aksizli”
adlanan mallara tətbiq edilməsidir.
Azərbaycan Respublikasında 01 yanvar 1992-ci il tarixdən tətbiq
edilən aksiz vergisi əlavə dəyər vergisi ilə birlikdə dövriyyədən vergini
əvəz etmişdir. Hal-hazırda Azərbaycan Respublikasının dövlət
büdcəsinin vergi gəlirlərinin tərkibində aksizlər kifayət qədər yüksək
xüsusi çəkiyə malikdirlər.
Azərbaycan Respublikasında tətbiq olunduğu müddət ərzində
aksizli malların siyahısı dəfələrlə dəyişmişdir. Ancaq hər dəfə bu tərkibə
alkoqollu içkilər və tütün məhsulları daxil edilmişdir. Bu məhsullar həm
Dostları ilə paylaş: