FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə154/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   150   151   152   153   154   155   156   157   ...   179
Vergilər Və Vergitutma

5. Hüquqi şəxslərin əmlak vergisi 
 
 
Mülkiyyətində  vergitutma  obyektləri  olan  hüquqi  şəxslər  əmlak 
vergisinin 
ödəyiciləridirlər. 
Aşağıdakılar  vergitutma  obyektləri 
sayılırlar: 
 
- müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri; 
 
-  Azərbaycan  Respublikasında  özünün  daimi  nümayəndəliyi 
vasitəsilə  sahibkarlıq  fəaliyyətini  həyata  keçirən  qeyri-rezident 
müəssisələr  üçün  –  yalnız  daimi  nümayəndəliklə  bağlı  olan  əsas 
vəsaitlərin orta illik dəyəri. 
 
Vergitutma  obyekti  olan  və  müəssisələr  tərəfindən  hüquqi  şəxs 
yaratmadan  birgə  fəaliyyət  aparmaq  üçün  birləşdirilən  əsas  vəsaitlərin 
dəyəri,  bu  əsas  vəsaitləri  birləşdirən  birgə  fəaliyyət  iştirakçıları 
tərəfindən  vergiyə  cəlb  edilməsi  məqsədləri  üçün  bəyannaməyə  daxil 
olunur.  Birgə  fəaliyyət  nəticəsində  yaradılmış  (alınmış)  əsas  vəsaitlərin 
dəyəri  isə  birgə  fəaliyyətin  iştirakçıları  tərəfindən  müqavilə  üzrə 
mülkiyyətdə  müəyyən  olunmuş  pay  haqqına  müvafiq  olaraq 
bəyannaməyə daxil edilir. 
 
Müəssisələr  əsas  vəsaitlərin  orta  illik  qalıq  dəyərindən 
(avtonəqliyyat  vasitələri  istisna  olmaqla)  1  faiz  dərəcəsi  ilə  əmlak 
vergisi ödəyirlər. 
 
Müəssisənin  əmlakının  (avtonəqliyyat  vasitələri  istisna  olmaqla) 
orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır: 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin