FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə151/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   147   148   149   150   151   152   153   154   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
117


müddətlərdə,  hesabat  dövrü  ərzində  vergi  tutulan  əməliyyatlarını 
göstərməklə bəyannamə verməlidir. 
 
Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs 
yaratmadan  sahibkarlıq  fəaliyyətini  həyata  keçirən  fiziki  şəxsin 
fəaliyyətinə  xitam  verildikdə,  aksiz  bəyannaməsi  Vergi  Məcəlləsində 
nəzərdə  tutulmuş  müddətdən  gec  olmamaq  şərti  ilə  30  gün  müddətində 
vergi orqanına təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü 
sayılan  müddətin  əvvəlindən  vergi  ödəyicisi  fəaliyyətini  dayandırdığı 
günə qədər olan dövrü əhatə edir. 
 
Sonradan təkrar ixrac  məqsədi ilə idxal olunan və girovla təminat 
verilməyən mallar üçün aksiz, malların idxalı vaxtı ödənilir və sonradan 
təkrar  ixracın  faktiki  həcminə  müvafiq  məbləğdə  aksizi  almış  gömrük 
orqanları tərəfindən 15 gün ərzində geri qaytarılır. 
 
Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markaları 
vurulmalıdır.  Aksiz  markalarının  tətbiqi  qaydaları  Nazirlər  Kabineti 
tərəfindən  müəyyən  edilir.  Belə  aksizli  malları  markasız  idxal  etmək, 
saxlamaq  (şəxsi  məqsədlər  üçün  istisna  olmaqla)  və  ya  satmaq 
qadağandır  və  qanunvericilikdə  müəyyən  edilmiş  məsuliyyətə  səbəb 
olur. 
 
Vergi  orqanları  markalanmalı  olan  aksizli  malları  istehsal  edən 
vergi  ödəyiciləri  tərəfindən  Vergi  Məcəlləsindən  müəyyən  edilmiş 
tələblərin  pozulması  hallarını  müəyyən  etdikdə,  vergi  ödəyicilərinin 
müvafiq  binalarında  və  ya  anbarlarında  (şəxsi  istehlak  üçün  anbarlar 
istisna  olmaqla)  nəzarət  postları,  ölçü  cihazları,  plomblar  qurmaqla  və 
digər 
tədbirləri 
görməklə 
aksizli  malların  uçota  alınmadan, 
markalanmadan  və  müəyyən  edilmiş  prosedura  uyğun  olaraq  aksizləri 
ödəmədən  istehsal  binasının  hüdudlarından  kənara  çıxarılmasının 
qarşısının alınmasını təmin etməyə səlahiyyətlidir. 
 
Markalanmalı  olan  aksizli  mallara  yuxarıda  nəzərdə  tutulmuş 
nəzarətin  həyata  keçirilməsi  qaydaları  Nazirlər  Kabineti  tərəfindən 
müəyyən edilir. 
 
Aksizli  malları  göndərən  vergi  ödəyicisi  normativ  hüquqi  aktlara 
uyğun  olaraq  malı  qəbul  edənə  vergi  hesab-fakturası  yazmalı  və 
verməlidir. 
 
Mallar  pərakəndə  qaydada  göndərildiyi  hallarda  vergi  hesab-
fakturası əvəzinə qəbz və ya çek verilə bilər.  
 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin