Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin
təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə
görə hər il sabit tədiyə şəklində hesablanır.
Rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-
rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və
istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və
bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi
orqanında 1 ay ərzində uçota durmalıdırlar.
Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya
istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq
vergisinin ödəyiciləridirlər.
Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının
ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri
vergitutma obyekti sayılır.
Dostları ilə paylaş: