FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə155/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   151   152   153   154   155   156   157   158   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
120


 
Müəssisənin  əmlakının  (avtonəqliyyat  vasitələri  istisna  olmaqla) 
hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür. 
 
Müəssisə  hesabat  ili  ərzində  yaradıldıqda,  onun  əmlakının 
(avtonəqliyyat  vasitələri  istisna  olmaqla)  yaradıldığı  tarixə  və  ilin 
sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı 
aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur. 
 
Müəssisə  hesabat  ili  ərzində  ləğv  edildikdə,  onun  əmlakının 
(avtonəqliyyat  vasitələri  istisna  olmaqla)  ilin  əvvəlinə  və  ləğv  edildiyi 
tarixə  qalıq  dəyəri  toplanaraq  24-ə  bölünür  və  ilin  əvvəlindən 
müəssisənin ləğv edildiyi aya qədər olan ayların sayına vurulur. 
 
Müəssisənin əmlak vergisi üçün vergi dövrü təqvim ili sayılır. 
 
Əmlak  vergisi  ödəyiciləri  cari  vergi  ödəmələri  kimi  hər  rübün 
ikinci  ayının  15-dən  gec  olmayaraq  əvvəlki  ildəki  əmlak  vergisinin 
məbləğinin 25 faizi həcmində vergi ödəyir. 
 
Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti 
ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi 
ödəyicisi  olan  hüquqi  şəxslər  əmlakın  əldə  edildiyi  rübdən  sonra  hər 
rübün  ikinci  ayının  15-dən  gec  olmayaraq  həmin  əmlaka  görə 
hesablanmalı  olan  illik  əmlak  vergisi  məbləğinin  20  faizi  miqdarında 
cari  vergi  ödəmələrini  həyata  keçirirlər.  Əmlak  vergisi  üzrə  cari  vergi 
ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə 
aid edilir. 
 
Dövlət  büdcəsinə  hesabat  dövrü  üçün  ödənilməli  olan  verginin 
məbləği  hesabat  dövrü  ərzində  əvvəllər  hesablanmış  ödəmələr  nəzərə 
alınmaqla müəyyən edilir. 
 
Müəssisə  əmlak  vergisinin  illik  bəyannaməsini  hesabat  ilindən 
sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir. 
 
Vergi  ödəyicisi  olan  hüquqi  şəxs  onun  ləğv  edilməsi  haqqında 
qərarının 
qəbul 
edilməsi 
tarixindən, 
qeyri-rezidentin 
daimi 
nümayəndəliyi  üçün  bu  tarix  göstərilmədikdə  isə  qərarın  Azərbaycan 
Respublikasının  xarici  dövlətlərdəki  nümayəndəlikləri  (Azərbaycan 
Respublikasının  mənafeyini  təmsil  edən  digər  ölkənin  konsulluq 
idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi 
orqanına əmlak vergisinin bəyannaməsini verməlidir və bu halda hesabat 
dövrü  vergi  ilinin  əvvəlindən  vergi ödəyicisinin  sahibkarlıq  fəaliyyətini 
dayandırdığı günə qədər olan dövrü əhatə edir. 
 
İllik  bəyannamələr  üzrə  vergilər  həmin  bəyannamələrin  verilməsi 
üçün müəyyən edilmiş müddətlərədək ödənilir. Müəssisənin hesabladığı 
əmlak vergisinin məbləği gəlirdən çıxılmalara aid edilir. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin