Avtonəqliyyat vasitələrinin növündən, oturacaqlarının sayından,
yük götürmə qabiliyyətindən və avtonəqliyyat vasitəsinin yüklə birlikdə
ümumi çəkisindən, oxa düşən ağırlığından, Azərbaycan Respublikasının
ərazisində qət edilən məsafədən, təhlükəli yüklərin daşınmasından asılı
olaraq Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici
dövlətlərin
avtonəqliyyat
vasitələrindən,
habelə
Azərbaycan
Respublikasının ərazisində şəxslərin mülkiyyətində və ya istifadəsində
olan avtonəqliyyat vasitələrinin mühərriklərinin həcmindən asılı olaraq
avtonəqliyyat vasitələrindən vergi aşağıdakı dərəcələrlə hesablanır:
Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici dövlətlərin
avtomobil nəqliyyatı vasitələrindən:
- minik avtomobilləri – 15 ABŞ dolları;
- avtobuslar üçün oturacaq yerlərinin sayından və Azərbaycan
Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq: