- 71 tondan 81 tonadək olduqda – 0,75 ABŞ dolları;
- 81 tondan çox olduqda – 1,8 ABŞ dolları.
Təhlükəli yüklərin daşınmasına görə verginin məbləği aşağıdakı
qədər artırılır:
- az təhlükəli yüklər üçün – 100 faiz;
- təhlükəli yüklər üçün – 200 faiz;
- xüsusi təhlükəli yüklər üçün – 400 faiz.
7. Yol vergisinin tutulması
Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən vergini həmin
avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə
daxil olan zaman gömrük orqanları tuturlar və bir bank günü ərzində
dövlət büdcəsinə keçirirlər.
İllik yol vergisinin ödənildiyi təsdiq edən sənədlər təqdim
edilmədikdə avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan
müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtonəqliyyat vasitələrinin
qeydiyyatı, yenidən qeydiyyatı və texniki baxışı keçirilmir.
Azərbaycan Respublikasının ərazisində təqvim ilinin sonu
vəziyyətinə mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri
olan hüquqi şəxslər yol vergisinin illik bəyannaməsini hesabat ilindən
sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim
edir və həmin müddətədək hesablanmış vergini dövlət büdcəsinə
ödəyirlər.
Hesablanmış verginin məbləği məhdudlaşdırılmayan
Dostları ilə paylaş: