FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə145/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   141   142   143   144   145   146   147   148   ...   179
Vergilər Və Vergitutma

7. ƏDV üzrə hesabat dövrü 
 
 
ƏDV  üzrə  hesabat  dövrü  təqvim  ayıdır.  Vergi  ödəyicisi  hər 
hesabat  dövrü  üçün  hesabat  dövründən  sonrakı  ayın  20-dən  gec 
olmayaraq  vergi  orqanına  ƏDV  bəyannaməsini  verməyə  və  vergini 
büdcəyə ödəməyə borcludur. ƏDV dövlət büdcəsinə ödənilir. 
KitabYurdu.az 
112


 
Hesabat  dövründə  vergi  tutulan  dövriyyəsinin  azı  50  faizi  sıfır 
dərəcəsi  ilə  vergiyə  cəlb  olunan  vergi  ödəyicisinə,  hesabat  dövründə 
əvəzləşdirilən vergi məbləğinin hesablanmış  vergidən artıq olan hissəsi 
onun  vergi  və  ya  gömrük  orqanlarına  ərizəsini  verdiyi  vaxtdan  45  gün 
ərzində qaytarılır. 
 
Hesabat  dövründə  ƏDV-yə  sıfır  dərəcə  ilə  cəlb  olunan 
əməliyyatları  vergi  tutulan  dövriyyəsinin  50  faizindən  az  olan  vergi 
ödəyiciləri  üçün  əvəzləşdirilən  vergi  məbləğinin  hesabat  dövründə 
hesablanmış  vergi  məbləğindən  artıq  olan  hissəsi  3  aya  keçirilir  və  bu 
ayların ödəmələrinə aid edilir. Artıq ödəmənin hər hansı qalığı isə bu 3 
ay  bitdikdən  sonra  vergi  ödəyicisinin  ərizəsinə  əsasən  45  gün  ərzində 
büdcədən qaytarılır. 
 
Azərbaycan 
Respublikasının 
tərəfdar 
çıxdığı 
beynəlxalq 
müqaviləyə  uyğun  olaraq  beynəlxalq  təşkilatın,  yaxud  xarici  hüquqi  və 
ya  fiziki  şəxsin  əvəzsiz  köçürmələri  ilə  ödənilmiş  malları  alan  və  ya 
işlərin  və  xidmətlərin  nəticələrini  həmin  əsaslarla  əldə  edən  şəxs  vergi 
orqanına  vergi  hesab-fakturaları  verərkən,  həmin  mallara,  işlərə  və  ya 
xidmətlərə  görə  ödənilmiş  ƏDV-nin  vergi  orqanına  ərizə  verildiyi 
vaxtdan 45 gün ərzində geri almaq hüququna malikdir. 
 
ƏDV-nin  düzgün  hesablanması,  vaxtında  büdcəyə  ödənilməsi  və 
bəyannamələrin vergi orqanına müəyyən edilmiş müddətlərdə verilməsi 
üçün  vergi  ödəyiciləri  və  onların  vəzifəli  şəxsləri  Azərbaycan 
Respublikasının  vergi  qanunvericiliyinə  uyğun  olaraq  məsuliyyət 
daşıyırlar. 
 
 
 
 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin