edilmiş və ya qəbul edilmiş sayılmayan mallar ƏDV-nin məqsədləri
üçün idxal malları hesab edilmir.
Vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz
işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət
göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır.
Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə
edirsə və müvafiq əvəzləşmə alırsa və ya almaq hüququna malikdirsə,
belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri
üçün istifadə edilməsi, fövqəladə hallardan başqa malların itməsi, əskik
gəlməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.
Vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun
sahibliyində qalan mallar həmin vaxt və vergitutulan əməliyyat
çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir.
Malları ƏDV-yə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən,
lakin bu malları əldə edərkən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan
şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi
baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol
verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin
qismən yol verilmiş payına mütənasib olaraq azaldılır.
ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq
etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır
dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan
əməliyyatları vergitutma obyektidir.
Vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və
ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa haqqı olduğu haqqın
ƏDV nəzərə alınmadan məbləği (hər hansı rüsumlar, vergilər və başqa
yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir.
Əgər vergi ödəyicisi vergi tutulan əməliyyatın əvəzində mal, iş və
ya xidmət alırsa, yaxud almağa haqqı varsa, bu malların, işlərin və ya
xidmətlərin ƏDV nəzərə alınmadan bazar dəyəri (hər hansı rüsumlar,
vergilər və başqa yığımlar da daxil olmaqla) vergi tutulan əməliyyatın
dəyərinə daxil edilir.
Mallar (işlər, xidmətlər) vergi ödəyicisi tərəfindən haqqı
ödənilməklə və ya əvəzsiz qaydada işçilərə və ya digər şəxslərə
verildikdə, mal mübadiləsi (barter) edildikdə, ƏDV-ni ödəməklə və
müvafiq əvəzləşmə əldə etməklə alınmış mallar (işlər, xidmətlər) qeyri-
kommersiya məqsədləri üçün, eləcə də ƏDV-dən azad olunan
əməliyyatların həyata keçirilməsi üçün istifadə edildikdə, habelə vergi
ödəyicisinin qeydiyyatı ləğv edildikdə onun sahibliyində malların
Dostları ilə paylaş: