FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə138/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   134   135   136   137   138   139   140   141   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
106


 
- beynəlxalq təşkilatların, xarici dövlətlərin hökumətlərinin, habelə 
dövlətlərarası və hökumətlərarası sazişlərə əsasən xarici hüquqi və fiziki 
şəxslərin ayırdıqları kreditlər və borclar hesabına, həmçinin bu kreditlər 
və  borclar  hesabına  həyata  keçirilən  layihələrdə  Azərbaycan  tərəfinin 
payı  49  faizdən  çox  olmadıqda,  həmin  vəsaitlər  hesabına  kreditləri  və 
borcları  alan  şəxs  tərəfindən  malların  (işlərin,  xidmətlərin)  alınması  və 
bunların idxalı. 
 
Qeyd  etmək  lazımdır  ki,  ƏDV-yə  sıfır  dərəcə  ilə  cəlb  edilmə  ilə 
ƏDV-dən azadolma arasında prinsipial fərq mövcuddur. Belə ki, ƏDV-
dən  azad  olunan  əməliyyatlar  aparan  şəxs  mal,  iş  və  xidmət  alarkən 
satıcıya ödədiyi ƏDV məbləğini sonradan büdcədən əvəzləşdirə bilməz. 
Çünki həmin şəxs özünün istehsalı olan mal, iş və ya xidmətləri satarkən 
ƏDV-ni  hesablamır.  Bu  halda  o,  alış  prosesində  ödədiyi  ƏDV-ni 
əvəzləşdirmək  hüququnu  itirir.  Ona  görə  də  həmin  şəxs  mal,  iş  və 
xidmətləri aldığı zaman ödədiyi ƏDV-ni bu mal, iş və xidmətlərin maya 
dəyərinə daxil edir. 
 
Sıfır  dərəcə  ilə  ƏDV-yə  cəlb  olunan  əməliyyatlar  aparan  şəxslər 
isə müvafiq əvəzləşdirmə hüququna malik olurlar. Yəni satış prosesində 
ƏDV-ni  sıfır  dərəcəsi  ilə  hesablamalarına  baxmayaraq,  həmin  şəxslər 
alış  prosesində  ödədikləri  ƏDV-ni  büdcədən  geri  almaq  hüququ  əldə 
edirlər. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin