FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov


 ƏDV – nin məqsədləri üçün qeydiyyat və ƏDV – nin



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə135/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   131   132   133   134   135   136   137   138   ...   179
Vergilər Və Vergitutma

3. ƏDV – nin məqsədləri üçün qeydiyyat və ƏDV – nin 
dərəcəsi 
 
KitabYurdu.az 
103


 
Sahibkarlıq  fəaliyyəti  göstərən  və  əvvəlki  üç  aylıq  dövr  ərzində 
vergi  tutulan  əməliyyatlarının  həcmi  22500  manatdan  artıq  olan  şəxs 
həmin  dövr  başa  çatdıqdan  sonra  10  gün  ərzində  vergi  orqanına  ƏDV-
nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. 
 
Qeydiyyatdan  keçməli  olmayan  sahibkarlıq  fəaliyyəti  göstərən 
şəxs  vergi  orqanına  ƏDV-nin  məqsədləri  üçün  qeydiyyat  haqqında 
könüllü ərizə verə bilər. 
 
Ərizədə  digər  məlumatlarla  yanaşı  aşağıdakı  məlumatlar  da  əks 
etdirilməlidir: 
 
- nəzərdə tutulan sahibkarlıq fəaliyyətinin növü; 
 
- ehtimal edilən rüblük dövriyyə; 
 
- təqdim edilən mal, görülən iş və göstərilən xidmətin növü; 
 
- fəaliyyəti həyata keçirmək üçün maliyyə vəsaitlərinin miqdarı; 
 
- alınacaq malların, işlərin və xidmətlərin mənbələri; 
 
- fəaliyyət zamanı cəlb ediləcək işçilərin miqdarı; 
 
-  fəaliyyət  zamanı  cəlb  ediləcək  istehsal  avadanlıqları  və  sair 
aktivlərin dəyəri. 
 
Şəxsin  ƏDV  məqsədləri  üçün  qeydiyyat  haqqında  ərizəsində 
göstərilən  məlumatlar  vergi  orqanı  tərəfindən  30  gün  müddətində 
qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  araşdırılır.  Ərizədəki 
məlumatlar  düzgün  olduqda,  araşdırmanın  nəticələri  üzrə  müəyyən 
edilmiş formada akt tərtib olunur və ərizədə göstərilən məlumatlar ƏDV 
qeydiyyatı  üçün  əsas  verdikdə  vergi  orqanı  şəxsi  ƏDV  ödəyicilərinin 
reyestrində  qeydə  almağa  və  ona  5  iş  günündən  gec  olmayaraq 
qeydiyyat  bildirişi  verməyə  borcludur.  Akt  iki  nüsxədə  tərtib  olunur  və 
bir nüsxəsi şəxsə təqdim edilir. 
 
Şəxsin  ərizəsindəki  məlumatların  düzgün  olmadığı  müəyyən 
edildikdə,  araşdırmanın  nəticələri  üzrə  müəyyən  edilmiş  formada 
əsaslandırılmış  akt  tərtib  olunur.  Akt  iki  nüsxədə  tərtib  olunur  və  bir 
nüsxəsi  şəxsə  təqdim  edilir.  Şəxs  aktı  aldığı  gündən  5  gün  müddətində 
dəqiqsizlikləri  aradan  qaldırıb  vergi  orqanına  təqdim  etməlidir.  Təqdim 
edilmiş  ərizədə  dəqiqsizliklər  olmadıqda  şəxs  qeydiyyata  alınır  və  bu 
barədə şəxsə vergi orqanı tərəfindən bildiriş göndərilir. 
 
Şəxs  yuxarıda  göstərilən  qaydada  dəqiqsizlikləri  aradan 
qaldırmadıqda  və  qeydiyyata  alınmadıqda  qanunla  müəyyən  edilmiş 
qaydada məsuliyyət daşıyır. 
 
ƏDV  ödəyicisinin  qeydiyyat  bildirişi  ƏDV  ödəyicisinə  bir  dəfə 
verilir  və  onda  saxlanılır.  ƏDV  ödəyicisinin  qeydiyyat  bildirişi 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin