FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə140/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   136   137   138   139   140   141   142   143   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
107


edilmiş  və  ya  qəbul  edilmiş  sayılmayan  mallar  ƏDV-nin  məqsədləri 
üçün idxal malları hesab edilmir. 
 
Vergi  ödəyicisinin  haqqı  ödənilməklə  və  ya  əvəzsiz  qaydada  öz 
işçilərinə  və  digər  şəxslərə  mal  verməsi,  iş  görməsi  və  ya  xidmət 
göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır. 
 
Vergi  ödəyicisi  malları  (işləri,  xidmətləri)  ƏDV-ni  ödəməklə  əldə 
edirsə  və  müvafiq  əvəzləşmə  alırsa  və  ya  almaq  hüququna  malikdirsə, 
belə  mallardan  (işlərdən,  xidmətlərdən)  qeyri-kommersiya  məqsədləri 
üçün istifadə edilməsi, fövqəladə hallardan başqa malların itməsi, əskik 
gəlməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. 
 
Vergi  ödəyicisinin  qeydiyyatı  ləğv  edilirsə,  ləğvetmə  vaxtı  onun 
sahibliyində  qalan  mallar  həmin  vaxt  və  vergitutulan  əməliyyat 
çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir. 
 
Malları  ƏDV-yə  cəlb  edilən  əməliyyatlar  nəticəsində  əldə  edən, 
lakin bu malları əldə edərkən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan 
şəxsin  həmin  malları  göndərməsinə  vergi  tutulan  əməliyyat  kimi 
baxılmır.  Əgər  mallar  əldə  edilərkən  əvəzləşdirilməsinə  qismən  yol 
verilməmişdirsə,  vergi  tutulan  əməliyyatın  məbləği  əvəzləşdirmənin 
qismən yol verilmiş payına mütənasib olaraq azaldılır. 
 
ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq 
etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır 
dərəcə  ilə  ƏDV-yə  cəlb  edilən,  lakin  ƏDV  tətbiq  etməklə  aparılan 
əməliyyatları vergitutma obyektidir. 
Vergi  tutulan  əməliyyatın  dəyəri  vergi  ödəyicisinin  müştəridən  və 
ya  hər  hansı  digər  şəxsdən  aldığı,  yaxud  almağa  haqqı  olduğu  haqqın 
ƏDV nəzərə  alınmadan  məbləği (hər hansı  rüsumlar, vergilər və  başqa 
yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. 
Əgər vergi ödəyicisi vergi tutulan əməliyyatın əvəzində mal, iş və 
ya  xidmət  alırsa,  yaxud  almağa  haqqı  varsa,  bu  malların,  işlərin  və  ya 
xidmətlərin  ƏDV  nəzərə  alınmadan  bazar  dəyəri  (hər  hansı  rüsumlar, 
vergilər  və  başqa  yığımlar  da  daxil  olmaqla)  vergi  tutulan  əməliyyatın 
dəyərinə daxil edilir. 
 
Mallar  (işlər,  xidmətlər)  vergi  ödəyicisi  tərəfindən  haqqı 
ödənilməklə  və  ya  əvəzsiz  qaydada  işçilərə  və  ya  digər  şəxslərə 
verildikdə,  mal  mübadiləsi  (barter)  edildikdə,  ƏDV-ni  ödəməklə  və 
müvafiq əvəzləşmə əldə etməklə alınmış mallar (işlər, xidmətlər) qeyri-
kommersiya  məqsədləri  üçün,  eləcə  də  ƏDV-dən  azad  olunan 
əməliyyatların  həyata  keçirilməsi  üçün  istifadə  edildikdə,  habelə  vergi 
ödəyicisinin  qeydiyyatı  ləğv  edildikdə  onun  sahibliyində  malların 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin