- beynəlxalq təşkilatların, xarici dövlətlərin hökumətlərinin, habelə
dövlətlərarası və hökumətlərarası sazişlərə əsasən xarici hüquqi və fiziki
şəxslərin ayırdıqları kreditlər və borclar hesabına, həmçinin bu kreditlər
və borclar hesabına həyata keçirilən layihələrdə Azərbaycan tərəfinin
payı 49 faizdən çox olmadıqda, həmin vəsaitlər hesabına kreditləri və
borcları alan şəxs tərəfindən malların (işlərin, xidmətlərin) alınması və
bunların idxalı.
Qeyd etmək lazımdır ki, ƏDV-yə sıfır dərəcə ilə cəlb edilmə ilə
ƏDV-dən azadolma arasında prinsipial fərq mövcuddur. Belə ki, ƏDV-
dən azad olunan əməliyyatlar aparan şəxs mal, iş və xidmət alarkən
satıcıya ödədiyi ƏDV məbləğini sonradan büdcədən əvəzləşdirə bilməz.
Çünki həmin şəxs özünün istehsalı olan mal, iş və ya xidmətləri satarkən
ƏDV-ni hesablamır. Bu halda o, alış prosesində ödədiyi ƏDV-ni
əvəzləşdirmək hüququnu itirir. Ona görə də həmin şəxs mal, iş və
xidmətləri aldığı zaman ödədiyi ƏDV-ni bu mal, iş və xidmətlərin maya
dəyərinə daxil edir.
Sıfır dərəcə ilə ƏDV-yə cəlb olunan əməliyyatlar aparan şəxslər
isə müvafiq əvəzləşdirmə hüququna malik olurlar. Yəni satış prosesində
ƏDV-ni sıfır dərəcəsi ilə hesablamalarına baxmayaraq, həmin şəxslər
alış prosesində ödədikləri ƏDV-ni büdcədən geri almaq hüququ əldə
edirlər.
Dostları ilə paylaş: