Sahibkarlıq fəaliyyəti göstərən və əvvəlki üç aylıq dövr ərzində
vergi tutulan əməliyyatlarının həcmi 22500 manatdan artıq olan şəxs
həmin dövr başa çatdıqdan sonra 10 gün ərzində vergi orqanına ƏDV-
nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
Qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən
şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında
könüllü ərizə verə bilər.
Ərizədə digər məlumatlarla yanaşı aşağıdakı məlumatlar da əks
etdirilməlidir:
- nəzərdə tutulan sahibkarlıq fəaliyyətinin növü;
- ehtimal edilən rüblük dövriyyə;
- təqdim edilən mal, görülən iş və göstərilən xidmətin növü;
- fəaliyyəti həyata keçirmək üçün maliyyə vəsaitlərinin miqdarı;
- alınacaq malların, işlərin və xidmətlərin mənbələri;
- fəaliyyət zamanı cəlb ediləcək işçilərin miqdarı;
- fəaliyyət zamanı cəlb ediləcək istehsal avadanlıqları və sair
aktivlərin dəyəri.
Şəxsin ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəsində
göstərilən məlumatlar vergi orqanı tərəfindən 30 gün müddətində
qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılır. Ərizədəki
məlumatlar düzgün olduqda, araşdırmanın nəticələri üzrə müəyyən
edilmiş formada akt tərtib olunur və ərizədə göstərilən məlumatlar ƏDV
qeydiyyatı üçün əsas verdikdə vergi orqanı şəxsi ƏDV ödəyicilərinin
reyestrində qeydə almağa və ona 5 iş günündən gec olmayaraq
qeydiyyat bildirişi verməyə borcludur. Akt iki nüsxədə tərtib olunur və
bir nüsxəsi şəxsə təqdim edilir.
Şəxsin ərizəsindəki məlumatların düzgün olmadığı müəyyən
edildikdə, araşdırmanın nəticələri üzrə müəyyən edilmiş formada
əsaslandırılmış akt tərtib olunur. Akt iki nüsxədə tərtib olunur və bir
nüsxəsi şəxsə təqdim edilir. Şəxs aktı aldığı gündən 5 gün müddətində
dəqiqsizlikləri aradan qaldırıb vergi orqanına təqdim etməlidir. Təqdim
edilmiş ərizədə dəqiqsizliklər olmadıqda şəxs qeydiyyata alınır və bu
barədə şəxsə vergi orqanı tərəfindən bildiriş göndərilir.
Şəxs yuxarıda göstərilən qaydada dəqiqsizlikləri aradan
qaldırmadıqda və qeydiyyata alınmadıqda qanunla müəyyən edilmiş
qaydada məsuliyyət daşıyır.
ƏDV ödəyicisinin qeydiyyat bildirişi ƏDV ödəyicisinə bir dəfə
verilir və onda saxlanılır. ƏDV ödəyicisinin qeydiyyat bildirişi
Dostları ilə paylaş: