FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə132/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   128   129   130   131   132   133   134   135   ...   179
Vergilər Və Vergitutma

Mövzu 8. Əlavə dəyər vergisi 
 
P L A N 
 
KitabYurdu.az 
101


1. ƏDV – nin mahiyyəti 
2. ƏDV – nin ödəyicisi 
3. ƏDV – nin məqsədləri üçün qeydiyyat və ƏDV – nin dərəcəsi 
4. ƏDV – nin məqsədləri üçün vergitutma obyekti 
5. ƏDV – dən azad olmalar 
6. ƏDV – yə tutulan əməliyyatın vaxtı 
7. ƏDV üzrə hesabat dövrü 
 
 
1. ƏDV – nin mahiyyəti 
 
 
Maliyyə siyasəti və praktikasında son qırx ilin ən səmərəli yeniliyi 
əlavə dəyər vergisinin (ƏDV) geniş yayılmasıdır. ƏDV – nin tutulması 
sxemi  1954-cü  ildə  fransız  iqtisadçısı  M.Lore  tərəfindən  təklif 
edilmişdir.  O,  ƏDV-nin  fəaliyyət  sxemini  təsvir  etmiş  və  onun 
dövriyyədən  vergidən  üstünlüyünü  əsaslandırmışdır.  On  ildən  artıq 
müddətdə  ƏDV  Fransadan  asılı  olan  Kot-d-İvuar  (1986-cı  ilə  qədər  Fil 
dişi sahili) dövlətində təcrübədən keçirilmişdir. 
 
1967-ci ildə AİB Şurası ƏDV-ni birliyin üzvü olan dövlətlərin əsas 
dolayı  vergisi  elan  etdi.  1977-ci  ilin  may  ayının  17-də  Avropa  İttifaqı 
üzv  ölkələrdə  ƏDV-nin  tutulmasının  hüquqi  normalarını  vahid  şəklə 
salmaq və tənzimləmək barədə xüsusi direktiv qəbul etdi. 1982-ci ildən 
Avropa  İttifaqına  daxil  olmaq  istəyən  ölkələr  üçün  vergi  sistemlərinə 
ƏDV-nin  daxil  edilməsi  zəruri  şərt  kimi  müəyyənləşdirildi.  Buna  görə 
də  hal-hazırda  ƏDV  Avropa  İttifaqının  üzvü  olan  hər  bir  dövlət  ƏDV 
daxilolmalarının müəyyən faizini ittifaqın büdcəsinə köçürür. 
 
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 1992-ci ilin iyun ayına 
olan  məlumatına  əsasən  ƏDV  dünyanın  82  ölkəsində  tətbiq  olunur. 
ƏDV-nin  belə  geniş  yayılması  onun  digər  vergi  növlərinə  nəzərən  bir 
sıra üstünlüklərə malik olması ilə izah olunur. 
 
Dolayı vergi olmaqla ƏDV məhsulun qiymətinə əlavə formasında 
çıxış  edir.  Əgər  mənfəət  vergisi  müəssisənin  sərəncamında  qalaq 
mənfəətin,  gəlir  vergisi  işçilərə  ödənilən  əmək  haqqının  həcminin 
azalmasına  səbəb  olursa,  ƏDV  müəssisənin  vəsaitlərinin  həcmini 
azaltmır, çünki o, məhsulun istehlakçısı tərəfindən əmtəənin qiymətində 
ödənilir. 
 
Məhsul  xaricə  satıldıqda  o,  ƏDV-yə  sıfır  dərəcə  ilə  cəlb 
olunduğundan,  bu  vergi  növü  həm  də  ixrac  olunan  məhsul  istehsalının 
həcminin artırılmasını stimullaşdırır. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin