FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə128/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   124   125   126   127   128   129   130   131   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
97


gəlirdən çıxılmışdırsa, həmin xərclər amortizasiya olunmalı qeyri-maddi 
aktivlərin dəyərinə aid edilmir. 
Azərbaycan  Respublikasının  və  ya  digər  dövlətlərin  ərazilərində 
ödənilmiş  mənfəət  vergisinin  və  ödənilmiş  maliyyə  sanksiyalarının 
gəlirdən çıxılmasına yol verilmir. 
 
Müəssisənin  gəlirlərdən  çıxılmasına  yol  verilən  xərclərinin 
gəlirdən artıq olan hissəsi üç ilədək  davam edən sonrakı dövrə keçirilir 
və  illər  üzrə  məhdudiyyət  qoyulmadan  həmin  illərin  mənfəəti  hesabına 
kompensasiya edilir. 
 
Rezident müəssisə ödədiyi dividenddən ödəmə mənbəyində 10 faiz 
vergi tutur və onun faktiki sahibi olan hüquqi şəxslərin həmin gəlirindən 
bir  daha  vergi  tutulmur.  Həmin  gəlir  yenidən  dividend  şəklində  verilən 
zaman vergiyə cəlb olunmur. 
 
Rezidend  banklarına  və  ya  qeyri-rezidend  bankların  Azərbaycan 
Respublikasındakı  daimi  nümayəndəliyinə  kreditlər,  depozitlər  üzrə 
ödənilən  faizlər  istisna  olmaqla  rezident  tərəfindən  və  ya  qeyri-
rezidentin 
daimi 
nümayəndəliyi 
tərəfindən, 
yaxud 
bu 
cür 
nümayəndəliyin  adından  fiziki  şəxslərə  ödənilən  faizlərdən,  gəlir  əgər 
Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəniş mənbəyində 10 faiz 
dərəcəsi ilə vergi tutulur. 
 
Faizlərin faktiki sahibi mənfəəti vergiyə cəlb olunan müəssisədirsə 
və  ya  qeyri-rezidentin  daimi  nümayəndəliyidirsə,  ödəmə  mənbəyində 
vergi tutulmuş faizləri alan həmin müəssisə və ya qeyri-rezidentin daimi 
nümayəndəliyi  hesabladığı  verginin  məbləğini,  ödəmə  mənbəyində 
verginin tutulduğunu təsdiq edən sənədləri vermək şərti ilə bu mənbədə 
ödənilmiş verginin məbləği qədər azaldır. 
 
Rezident  hüquqi  şəxs  və  qeyri-rezidentin  daimi  nümayəndəliyi 
fiziki  şəxslərə  ödədikləri  icarə  haqlarından  və  royaltidən  ödəmə 
mənbəyində 14 faiz dərəcəsi ilə vergi tuturlar. Əgər bu məbləğ rezident 
hüquqi  şəxslərə  və  qeyri-rezidentin  daimi  nümayəndəliyinə  ödənilirsə, 
ondan  ödəmə  mənbəyində  vergi  tutulmur.  İcarə  haqqı  və  royalti  alan 
rezident hüquqi şəxslər və qeyri-rezidentin daimi nümayəndəliyi həmin 
məbləği gəlirinin tərkibinə daxil edir və ümumi qaydada mənfəət vergisi 
ödəyir. 
 
Qeyri-rezidentin  daimi  nümayəndəliyindən  mənfəət  vergisindən 
əlavə olaraq bu daimi nümayəndəliyin xalis mənfəətindən həmin qeyri-
rezidentə  köçürdüyü  hər  hansı  məbləğdən  10  faiz  dərəcəsi  ilə  vergi 
tutulur. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin