FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə126/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   122   123   124   125   126   127   128   129   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
95


 
Azərbaycan 
Respublikasında 
rezident 
və 
qeyri-rezident 
müəssisələr mənfəət vergisinin ödəyiciləridir. 
 
2. Mənfəət vergisinin vergitutma obyekti və dərəcəsi 
 
 
Rezident  müəssisə  üçün  vergitutma  obyekti  onun  mənfəətidir. 
Azərbaycan  Respublikasında  özünün  daimi  nümayəndəliyi  vasitəsilə 
fəaliyyət  göstərən  qeyri-rezident  müəssisə  bu  fəaliyyətindən  əldə  etdiyi 
mənfəətindən,  yəni  daimi  nümayəndəliyi  ilə  bağlı  Azərbaycan 
mənbəyindən  əldə  etdiyi  ümumi  gəlirin,  həmin  gəlirin  əldə  edilməsinə 
çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir. 
Qeyri-rezidentin  daimi  nümayəndəliyi  ilə  bağlı  olmayan  ümumi 
gəlirindən  ödəmə  mənbəyində  xərclər  çıxılmadan  aşağıdakı  dərəcələrlə 
vergi tutulur: 
-  dividendlərdən – 10 faiz; 
-  faizlərdən – 10 faiz; 
-  rezident  müəssisənin  riskin  sığortasına  və  ya  təkrar  sığortasına 
dair müqaviləyə uyğun olaraq sığorta ödəmələri – 4 faiz; 
-  Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq 
rabitə və ya beynəlxalq daşımalar həyata keçirilkən rabitə və ya 
nəqliyyat xidmətləri üçün rezident  müəssisəsinin ödəmələri – 6 
faiz; 
-  rezident müəssisəsinin aşağıdakı ödəmələrindən; 
-  muzdlu  işlə  əlaqədar  alınan  gəlirlər  istisna  olmaqla,  işlərin 
köçürülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən 
gəlirlər – 10 faiz; 
-  rezident müəssisəsinin muzdlu işlə əlaqədar ödədiyi gəlir – aylıq 
gəlirlər üçün nəzərdə tutulmuş dərəcələrlə; 
-  icarə haqları və royalti – 14 faiz. 
Qeyri-rezidentin 
Azərbaycan 
Respublikasındakı 
daimi 
nümayəndəliyi tərəfindən və ya onun adından aparılan ödəmələr rezident 
müəssisəsinin ödəmələrinə bərabər tutulur. 
Azərbaycan  Respublikasında  hüquqi  şəxslərin  mənfəət  vergisinin 
dərəcəsi 22 faizdir. 
 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin