Hüquqi şəxs gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi
ilə bağlı bütün xərclərini gəlirdən çıxmaq hüququna malikdir.
Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin,
kapital xarakterli digər xərclərin, qeyri-kommersiya fəaliyyəti ilə bağlı
olan xərclərin, əyləncə və yemək xərclərinin, işçilərin mənzil və digər
sosial xarakterli xərclərinin, faktiki ezamiyyə xərclərinin Nazirlər
Kabinetinin müəyyənləşdirliyi normadan artıq olan hissəsinin gəlirdən
çıxılmasına yol verilmir.
Əgər hüquqi şəxs malların təqdim edilməsi, işlərin görülməsi və
xidmətlərin göstərilməsi ilə bağlı əldə etdiyi gəliri ümumi gəlirinə daxil
etmişdirsə, onda həmin hüquqi şəxs onlarla bağlı olan ümidsiz borc
məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Ümidsiz borc məbləğinin
gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz
borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir.
Banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən
kredit
təşkilatları
qanunvericiliyə müvafiq qaydada aktivlərin
təsnifatından asılı olaraq xüsusi ehtiyat fondlarının yaradılmasına aid
edilən məbləğləri müəyyən edilmiş qaydada gəlirdən çıxmaq hüququna
malikdirlər.
Sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxs Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun
olaraq ehtiyat sığorta fondlarına ayırma məbləğlərini gəlirdən çıxmaq
hüququna malikdir.
Əsas vəsaitlər üzrə amortizasiya ayırmalarının və təmirlə bağlı
xərclərin gəlirdən çıxması fiziki şəxslərdə olduğu qaydada həyata
keçirilir.
Öz işçilərinin xeyrinə əmlakına zərərdən sığortalanması, habelə
xarici sığorta təşkilatları ilə bağlanmış həyat sığortası müqavilələri üzrə
sığorta haqları istisna olmaqla sığortalının ödədiyi sığorta haqları
gəlirdən çıxılır.
Geoloji – kəşfiyyat işlərinə və təbii ehtiyaların hasilatına hazırlıq
işlərinə çəkilən xərclər amortizasiya dərəcəsi ilə hesablanan
amortizasiya ayırmaları şəklində ümumi gəlirdən çıxılır.
Hüquqi şəxsin bir ildən artıq müddətə təsərrüfat fəaliyyətində
istifadə etdiyi qeyri-maddi aktivlərə çəkdiyi xərclər qeyri-maddi
aktivlərə aid edilir və bu xərclər müəyyən edilmiş amortizasiya dərəcəsi
ilə hesablanan amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır.
Qeyri-maddi aktivlərin alınmasına və ya istehsalına çəkilən xərclər
vergi ödəyicisinin vergiyə cəlb olunan gəlirin hesablanması zamanı
Dostları ilə paylaş: