itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti
əsasında ona bildirişin surəti verilir.
Qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq
aşağıdakı tarixlərin birində qüvvəyə minir:
- məcburi qeydiyyat zamanı – qeydiyyat haqqında ərizə verməyə
dair öhdəliyin yarandığı aydan sonrakı hesabat dövrünün birinci
günündə;
- könüllü qeydiyyat zamanı – qeydiyyat haqqında ərizənin verildiyi
aydan sonrakı hesabat dövrünün birinci günündə;
- vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən
tarixdə.
ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan,
lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini vergi orqanı öz
təşəbbüsü ilə qeydiyyata alır və ona qeydiyyat bildirişi göndərir.
Vergi orqanlarında ƏDV ödəyicilərinin reyestri aparılır və ƏDV-
nin məqsədləri üçün qeydiyyatdan keçirilmiş bütün vergi ödəyiciləri bu
reyestrə daxil edilirlər.
ƏDV ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyatı ləğv edildikdə
onun barəsində məlumatlar ƏDV ödəyicilərinin dövlət reyestrindən
silinir və verilmiş qeydiyyat bildirişi geri alınır.
Vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi
məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 45000 manatdan çox deyilsə,
o ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən
etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv
olunmasına dair ərizə verə bilər. ƏDV-nin məqsədləri üçün qeydiyyatın
ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin
verildiyi gün qüvvəyə minir.
Vergi ödəyicisi ƏDV üzrə hesablanmış vergiləri üç ay ərzində tam
ödəmədikdə və vergi orqanının yaranmış borcun ödənilməsi barədə
yazılı xəbərdarlığını aldığı gündən 30 gün müddətində borc üzrə
ödəməni həyat keçirmədikdə, şəxsin (iri vergi ödəyiciləri istisna
olmaqla) ƏDV qeydiyyatı ləğv edilə bilər. Bu zaman 3 gün müddətində
həmin şəxsə müvafiq bildiriş təqdim edilir.
ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi
tutulan idxalın dəyərinin 18 faizidir. Vergi tutulan dövriyyə hesabat
dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir.
ƏDV nəzərə alınmaqla formalaşmış qiymətin tərkibində ƏDV-nin
məbləğini təyin etmək üçün verginin hesabat dərəcəsi nəzərdə tutulur.
Hesabat dərəcəsi malın (işin, xidmətin) ƏDV də nəzərə alınmaqla
Dostları ilə paylaş: