formalaşmış qiymətinin tərkibində ƏDV-nin payını müəyyən edir. O,
aşağıdakı kimi təyin olunur:
100% - ƏDV nəzərə alınmadan əmtəənin qiyməti;
18% - ƏDV-nin məbləği;
118% - ƏDV nəzərə alınmaqla son qiymət.
Son qiymətin tərkibində ƏDV-nin payını müəyyən etmək üçün
aşağıdakı tənasübü quraq:
118% - 100%
18% - X%
X =
Azərbaycan Respublikası Vergi Məcəlləsində ƏDV-nin iki
dərəcəsi nəzərdə tutulmuşdur: 18% və 0% dərəcələri. Aşağıdakı işlərin
görülməsinə, xidmətlərin göstərilməsinə və əməliyyatların aparılmasına
görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur:
-
xarici ölkələrin diplomatik və analoji nümayəndəliklərinin
rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik, inzibati və
texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi
istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlər; (bu hal o ölkələrlə
münasibətdə tətbiq edilir ki, həmin ölkələ tərəfindən göstərilən iş,
xidmət və əməliyyatlara görə ƏDV sıfır dərəcəsi ilə tətbiq edilsin).
- xaricdən alınan əvəzsiz maliyyə yardımları (qrantlar) hesabına
malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi,
işlərin görülməsi və xidmətlərin göstərilməsi;
- malların və aşağıda göstərilən xidmətlərin ixracı:
a) patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və
digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi;
b) məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam
xidmətlərinin, həmçinin məlumatların işlənməsi üzrə xidmətlərin və
digər analoji xidmətlərin göstərilməsi;
c) işçi qüvvəsinin verilməsi üzrə xidmətlərin göstərilməsi;
ç) daşınan əmlakın icarəyə verilməsi (nəqliyyat müəssisələrinin
nəqliyyat vasitələri istisna olmaqla);
d) müqavilənin əsas iştirakçısı adından yuxarıda göstərilən
xidmətlərin yerinə yetirilməsi üçün hüquqi və ya fiziki şəxsi cəlb edən
agentin xidmət göstərməsi.
- Azərbaycan Respublikasının Milli Bankına qızıl və digər
qiymətlilərin göndərilməsi;
Dostları ilə paylaş: