FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov


Mövzu 9. Aksiz vergisi. Əmlak vergisi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə146/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   142   143   144   145   146   147   148   149   ...   179
Vergilər Və Vergitutma

Mövzu 9. Aksiz vergisi. Əmlak vergisi. 
 
Plan 
 
1. Aksiz vergisinin mahiyyəti və verginin ödəyiciləri 
2. Aksiz vergisində vergitutma obyektləri və dərəcələri 
3. Aksiz vergisindən azadolmalar və verginin hesablanıb büdcəyə 
ödənilməsi. 
4. Fiziki şəxslərin əmlak vergisi 
5. Hüquqi şəxslərin əmlak vergisi 
 
KitabYurdu.az 
113


 
1. Aksiz vergisinin mahiyyəti və verginin ödəyiciləri 
 
 
Aksizin  bir  vergi  növü  kimi  formalaşması  tarixi  çox  qədimdir. 
Buna görə də onun yaranma tarixi barədə dəqiq fikir söyləmək çətindir. 
Belə  bir  faktı  qeyd  etmək  olar  ki,  b.e.ə.  162-133-cü  illərdə  qədim 
Romada  ölkəyə  qeyri-istehlak  məqsədləri  üçün  gətirilən  mallardan 
xəzinəyə  məcburi  ödənişlər  toplanırdı.  B.e.ə.  II  minilliyin  əvvəllərində 
Qədim  Misirdə  pivədən  vergi  tutulurdu.  Düzdür,  bu  ödənişlərin 
toplanması  üsulu  heç  də  müasir  dövrdə  tətbiq  edilən  aksiz  üzrə 
vergitutma  mexanizminə  uyğun  gəlmir.  Sadəcə  olaraq  bu  ödənişləri 
aksizin ilk yaranma rüşeymlərinə aid etmək olar. 
 
Aksizin  məqsədli  şəkildə  geniş  tətbiqinə  Fransada  başlanılıb. 
Valualar  sülaləsinin  ilk  kralı  olan  VI  Filipp  1345-ci  ildə  duz,  çaxır  və 
arağa  vergi  tətbiq  edilmişdir.  Qeyd  etmək  lazımdır  ki,  fransız  dilindən 
götürülmüş  aksiz  sözünün  mənası  “kəsmək”  deməkdir.  Hal-hazırda 
dünyanın demək olar ki, əksər ölkələrində aksiz vergisi tətbiq olunur. 
 
Aksiz – aksizli malların satış qiymətinə daxil edilən, aksizli malları 
istehsal  edən  vergi  ödəyicilərindən  tutulan  vergidir.  Bütün  dolayı 
vergilər  kimi  aksizlər  də  əmtəənin  qiymətini  formalaşdırır  və  faktiki 
olaraq  onun  ödənilməsi  alıcının  üzərinə  keçirilir.  Formal  olaraq  bu 
verginin  ödəyiciləri  aksizli  məhsul  istehsal  edən  müəssisələrdir.  Lakin 
aksizin  məbləği  əmtəənin  qiymətinə  daxil  edildiyindən  faktiki  olaraq 
onun ödəyiciləri aksizli məhsulun istehlakçılarıdır. 
 
İqtisadi  mahiyyətinə  görə  aksizlər  bir  tərəfdən  yüksək  rentabelli 
məhsul  istehsalından  əldə  edilən  əlavə  mənfəətin  bir  hissəsinin  dövlət 
büdcəsinə  tutulması,  digər  tərəfdən  isə  sosial  cəhətdən  zərərli  malların 
istehlakının məhdudlaşdırılması məqsədilə tətbiq edilir. 
 
Aksizləri  digər  vergilərdən  fərqləndirən  əsas  xüsusiyyət  onların 
məhdud sayda məhsullara, yəni qanunvericilikdə ciddi surətdə “aksizli” 
adlanan mallara tətbiq edilməsidir. 
 
Azərbaycan  Respublikasında  01  yanvar  1992-ci  il  tarixdən  tətbiq 
edilən aksiz vergisi  əlavə dəyər vergisi  ilə birlikdə dövriyyədən vergini 
əvəz  etmişdir.  Hal-hazırda  Azərbaycan  Respublikasının  dövlət 
büdcəsinin  vergi  gəlirlərinin  tərkibində  aksizlər  kifayət  qədər  yüksək 
xüsusi çəkiyə malikdirlər. 
 
Azərbaycan  Respublikasında  tətbiq  olunduğu  müddət  ərzində 
aksizli malların siyahısı dəfələrlə dəyişmişdir. Ancaq hər dəfə bu tərkibə 
alkoqollu içkilər və tütün məhsulları daxil edilmişdir. Bu məhsullar həm 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin