|
Aksiz vergisində vergitutma obyektləri və dərəcələriVergilər Və Vergitutma
2. Aksiz vergisində vergitutma obyektləri və dərəcələri
Aşağıdakı əməliyyatlar vergitutma obyektləridir:
- Azərbaycan Respublikasının ərazisində istehsal edilən aksizli
malların istehsal binasının hüdudlarından kənara buraxılması;
- idxal malları üçün – Azərbaycan Respublikasının Gömrük
Məcəlləsinə uyğun olaraq aksizli malların gömrük xidmətinin
nəzarətindən çıxması.
İstehsal binalarına istehsalın olunduğu ərazidə yerləşən anbarlar,
köməkçi anbar sahələri və digər oxşar binalar aiddir.
Azəbaycan Respublikasında aşağıda göstərilən mallar aksizli
mallara aid edilirlər:
- içməli spirt, pivə və spirtli içkilərin bütün növləri;
- tütün məmulatları;
- neft məhsulları;
- minik avtomobilləri;
- istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə
tutulan digər üzən vasitələr.
Dostları ilə paylaş: |
|
|