başqa tikintilərlə təmasda olmayan ayrıca tikilən fərdi və ya şəxsi
yaşayış və ya bağ evlərinin, yaxud tikililərinin sahəsi istisna olmaqla)
vergitutma obyektidir.
Sadələşdirilmiş vergini ödəyən hüquqi şəxslər ƏDV-nin, mənfəət
vergisinin və əmlak vergisinin, hüquqi şəxslər yaratmadan sahibkarlıq
fəaliyyətini həyata keçirən fiziki şəxslər bu fəaliyyət üzrə gəlir
vergisinin və ƏDV-nin ödəyicisi deyildirlər.
Sadələşdirilmiş vergi təqdim edilmiş mallara (işlərə, xidmətlərə)
bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin
görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin
məbləğindən (ümumi hasilatın həcmindən) və satışdankənar gəlirlərdən
aşağıdakı dərəcə ilə hesablanır:
Bakı şəhərində
4 faiz
Digər şəhər və rayonlarda,
Naxçıvan Muxtar Respublikasında
2 faiz
Bakı şəhəri istisna olmaqla, Azərbaycan Respublikasının digər
şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında
fəaliyyət göstərən vergi ödəyicilərinə bu regionlar üzrə müəyyən edilmiş
vergi dərəcəsi o halda tətbiq edilir ki, vergi ödəyiciləri özünün istehsal
sahəsi, daşınmaz əmlakı və işçi qüvvəsi ilə həmin ərazilərdə fəaliyyət
göstərmiş olsunlar.
Azərbaycan Respublikasının şəhər və rayonlarında, Naxçıvan
Muxtar Respublikasında vergi uçotuna alınmış, lakin Bakı şəhərində
fəaliyyət göstərən sadələşdirilmiş verginin ödəyiciləri vergini Bakı
şəhəri üzrə müəyyən olunmuş vergi dərəcəsi ilə ödəyirlər.
Müxtəlif vergi dərəcələri ilə vergiyə cəlb edilən gəlirlər üzrə uçot
ayrı-ayrılıqda aparılmalıdır. Belə uçot aparılmadıqda, ən yüksək vergi
dərəcəsi tətbiq edilir.
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını
həyata keçirən vergi ödəyiciləri üçün sadələşdirilmiş vergi aşağıdakı
kimi müəyyən edilir:
Dostları ilə paylaş: