Hesabat dövrü üçün sadələşdirilmiş verginin məbləği müəyyən
edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi hasilatının həcminə
tətbiq etməklə hesablanır.
Sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür.
Sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı
ayın
20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında
vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini
dövlət
büdcəsinə ödəyirlər.
Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin
fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanına
bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü
sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı
günə qədər olan dövrü əhatə edir.
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına
görə sadələşdirilmiş vergi aşağıdakı qaydada hesablanır:
1. Sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicisinin
hər bir avtomobil nəqliyyatı vasitəsi üçün sadələşdirilmiş vergi
sadələşdirilmiş verginin tətbiq edildiyi ölçü vahidini həmin maddədə
qeyd olunan sadələşdirilmiş verginin aylıq məbləğinə, habelə göstərilən
əmsallara vurularaq hesablanır və dövlət büdcəsinə ödənilir.
2. Vergi ödəyiciləri avtomobil nəqliyyatı vasitələrinin qeydiyyata
alındığı yerdən asılı olmayaraq sərnişin və yük daşımalarının faktiki
həyata keçirildiyi ərazi üçün müəyyən edilən sadələşdirilmiş vergini
ödəyirlər.
3. Vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi əsasında
istifadə edilən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük
daşımaları həyata keçirildikdə sadələşdirilmiş verginin ödənilməsinə
nəqliyyat vasitəsini (etibarnamə) və ya icarə müqaviləsi ilə idarə edən
şəxslər məsuliyyət daşıyırlar. Bütün digər hallarda sadələşdirilmiş
verginin
ödənilməsinə
avtomobil
nəqliyyatı
vasitəsinin sahibi
məsuliyyət daşıyır.
Hüquqi şəxsin balansında olan avtomobil nəqliyyatı vasitələri ilə
sərnişin və yük daşımaları hüquqi şəxsin özü tərəfindən həyata
keçirildikdə sadələşdirilmiş vergini həmin hüquqi şəxs ödəyir.
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını
həyata keçirən vergi ödəyiciləri başqa hallar nəzərdə tutulmamışdırsa,
bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər.
Dostları ilə paylaş: