FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov


Mövzu 2. Vergitutmanın iqtisadi mahiyyəti, prinsipləri və



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə33/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   29   30   31   32   33   34   35   36   ...   179
Vergilər Və Vergitutma

Mövzu 2. Vergitutmanın iqtisadi mahiyyəti, prinsipləri və 
funksiyaları. 
 
 
P L A N 
 
1. Vergilərin iqtisadi mahiyyəti
 
2. Vergilərin iqtisadi subyektin maliyyə vəziyyətinə təsirinin 
qiymətləndirilməsi 
KitabYurdu.az 
22


3. Vergi yükü və onun hesablanması üsulları
 
4. Vergitutmanın prinsipləri 
5. Vergitutmanın funksiyaları 
 
1. Vergilərin iqtisadi mahiyyəti 
 
 
Öz  xərclərini  maliyyələşdirmək  üçün  fiskal  mexanizmlər  yaradan 
və  onlardan  istifadə  edən  dövlətin  və  dövlət  aparatının  yaranması 
vergilərin  yaranmasına  səbəb  olmuşdur.  Ancaq  vergilər  ilk  növbədə 
mühüm maliyyə – iqtisadi kateqoriyadır. 
 
Məcmu ictimai tələbatın ödənilməsi məqsədi ilə müəyyən bir dövr 
ərzində ölkədə yaradılmış bütün maddi nemətlərin dəyəri ümumi daxili 
məhsul  adlanır.  Dəyər  formasında  ümumi  daxili  məhsul  istehlak 
olunmuş istehsal vasitələrinin dəyərindən (c), ödənilmiş əmək haqqının 
məbləğindən (v) və mənfəətdən (m) ibarətdir. Bu zaman yeni yaradılmış 
dəyər (v+m) ümumi milli gəliri təşkil edir. Öz hərəkətində ümumi daxili 
məhsul və  ümumi milli gəlir aşağıdakı dörd mərhələdən keçir: 
-  istehsal; 
-  bölüşdürmə; 
-  mübadilə; 
-  istehlak. 
Ümumi daxili  məhsulun müəyyən bir hissəsinin dövlət xəzinəsinə 
cəlb edilməsinə obyektiv zərurət yalnız bölüşdürmə mərhələsində ortaya 
çıxır.  Çünki  istehsalçıların  və  cəmiyyətin  digər  subyektlərinin  ümumi 
daxili  məhsuldakı  payları  məhz  bu  mərhələdə  müəyyən  edilir.  Qeyd 
etmək lazımdır ki, ümumi daxili məhsulun ilkin bölüşdürülməsi prosesi 
dövlətin  iştirakı  olmadan  həyata  keçirilir,  çünki  istehsal  –  bölüşdürmə 
prosesini  istehlak  edilmiş  istehsal  vasitələrinin  dəyərinin  ödənilməsi, 
əmək  haqqının  verilməsi  və  mənfəətin  əldə  edilməsindən  başqa  cür 
təsəvvür etmək mümkün deyildir. 
 
Eyni  zamanda  bəşəriyyətin  inkişafının  müəyyən  mərhələsində 
cəmiyyətin  idarə  edilməsinin  üstqurum  forması  kimi  yaranan  dövlət 
obyektiv olaraq öz mövcudluğu üçün maddi əsasın olmasını tələb edirdi. 
Bunun  əsas  mənbəyi  isə  maddi  istehsal  sahəsidir.  Məhz  dövlətin 
yaranması  ilə  yenidən  bölüşdürücü  (artıq  bölüşdürülmüş  ümumi  daxili 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin