FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə35/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   31   32   33   34   35   36   37   38   ...   179
Vergilər Və Vergitutma


BÜDCƏ 
ÜDM =          +         +  


KitabYurdu.az 
24


«vergilərdə  dövlətin  iqtisadi  cəhətdən  ifadə  olunmuş  varlığı  təcəssüm 
etdirilmişdir». 
Vegilərin  ümumi  xarakterini  istənilən  dövlətin  maliyyə 
sistemində  əsas  yer  tutan  büdcə  sistemi  şərtləndirir.  İstənilən 
səviyyəli büdcə dövlət gəlirləri sistemi vasitəsi ilə formalaşır. 
Yenidən  bölüşdürmənin  nəticəsi  olan  büdcə  gəlirlərinin  özü 
sonradan  yeni  bölüşdürücü  mexanizmlər  yaratmağa  başlayır,  çünki 
onlardan ərazilərin, sahələrinə büdcə fondlarının formalaşdırılması üçün 
istifadə olunmağa başlanılır. 
Xarakterik  xüsusiyyətlərini  əks  etdirən  əlamətlərindən  asılı  olaraq 
dövlət  gəlirlərinin  müxtəlif  təsnifatını  vermək  olar.  Ödənişlərin  özünün 
formasından  və  tutulma  üsulundan  asılı  olaraq  büdcə  gəlirlərinin  şərti 
olaraq üç əsas mənbəyini qeyd etmək olar: 
1. Dövlət əmlakı, ümumdövlət ehtiyatları. Onlardan istifadəyə görə 
haqq tutula, müəyyən ödəniş həyata keçirilə bilər. 
2.  Hüquqi  və  fiziki  şəxslərdən  vergi  şəklində  tutulan  məcburi 
ödənişlər və qeyri-vergi ödənişləri. 
3. Dövlət istiqrazları, dövlət qiymətli kağızlarının, lotereyaların və 
s. satışından əldə olunan gəlir formasında cəlb edilmiş ehtiyatlar. 
Eyni  zamanda  bir  təsərrüfat  subyekti  kimi  dövlət,  ictimai 
istehsalda  bilavasitə  iştirak  etməklə  nisbətən  az  gəlir  əldə  edir  və  onun 
azalması tendensiyası müşahidə olunur. 
Belə bir vəziyyətdə büdcə gəlirlərinin əsas hissəsini vergilər təşkil 
edir.  Məsələn,  son  illərdə  Azərbaycan  Respublikasında  büdcə 
daxilolmalarının  73-75  faizini  vergilər  təşkil  edir.  Bu  rəqəm  dünya 
göstəricilərinə də uyğun gəlir. Belə ki, vergilər Yaponiyada büdcənin 75 
faizini, Almaniyada 80 faizini təşkil edir. 
Xüsusi  olaraq  qeyd  etmək  lazımdır  ki,  vergitutmanın  büdcə 
prosesinə təsiri ilə yanaşı əks təsir də baş verir, yəni büdcənin vəziyyəti 
vergitutmanın  inkişafına  təsir  göstərir.  Vergilər  və  büdcə  bir-biri  ilə 
qarşılıqlı əlaqədədir və bu əlaqə ikitərəfli, qırılmaz xarakter daşıyır.   
Vergi  –  dövlətin  və  bələdiyyələrin  fəaliyyətinin  maliyyə  təminatı 
məqsədi  ilə  vergi  ödəyicilərinin  mülkiyyətində  olan  pul  vəsaitlərinin 
ögəninkiləşdirilməsi  şəklində  dövlət  büdcəsinə  və  yerli  büdcələrə 
köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. 
Müasir  vergitutma  nəzəriyyəsində  vergilər  əsasən  aşağıdakı 
xüsusiyyətlərinə görə növlərə ayrılırlar: 
-  tutulma üsuluna görə; 
-  subyektinə görə; 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin