cəmiyyətdə gəlirlərin yenidən bölüşdürülməsinə gətirib çıxarır. Bunun
da əsasında cəmiyyətin müəyyən bir təbəqəsinə müavinətlərin
ödənilməsi üçün digər təbəqəsindən vergilər tutulur. Müasir cəmiyyətdə
sosial stabilliyin təmin edilməsinin əsas vergi vasitələri aşağıdakılardır:
- əmək haqqından sosial sığorta fonduna ayırmalar şəklində tutulan
vergilər;
Fiziki şəxslərin gəlir vergisi üzrə vergi güzəştləri.
Tənzimləyici funksiya. Bu funksiya vergi mexanizmləri vasitəsi
ilə dövlətin qarşıya qoyduğu müəyyən məqsədlərə nail olunmasına
xidmət edir. Bu funksiya vasitəsi ilə vergilər, təkrar istehsal prosesinə
onun sürətini stimullaşdırmaq və ya ləngitməklə əhəmiyyətli təsir
göstərir, kapital xidmətini gücləndirir və ya zəiflədir, ödəniş qabiliyyətli
tələbi artırır və ya azaldır.
Görkəmli ingilis iqtisadçısı C.Keynsin fikrincə vergilər cəmiyyətdə
yalnız iqtisadi münasibətləri tənzimləmək üçün mövcuddur.
Vergilərin tənzimləyici funksiyasını təhlil edərkən onun aşağıdakı
üç alt funksiyasını qeyd etmək lazımdır:
- stimullaşdırıcı
alt funksiya;
- ləngidici alt funksiya;
- təkrar istehsal alt funksiyası.
Dostları ilə paylaş: