1885-ci il aprel ayının 30-da imperator III Aleksandr Rusiya
İmperiyasında vergi müfəttişi vəzifəsinin təsis olunması barədə fərman
imzaladı. Bu tarixə qədər xəzinəyə vergi daxilolmalarına nəzarəti
quberniya vergi idarələri həyata keçirirdi. Bu tarixdən Rusiya
İmperiyasında ixtisaslaşmış vergi xidmətinin təşəkkül tapması başlanır.
Bazar münasibətlərinin inkişafı və vergi sisteminin təşəkkül
tapması ilə əlaqədar olaraq 1991-ci il oktyabrın 14-də Azərbaycan
Respublikasının dövlət vergi xidməti orqanları yaradıldı.