2. Vergi ödəyicilərinin hüquqları
Vergi ödəyicilərinin hüquqları və qanuni maraqları qanunvericilik
normaları ilə təmin edilir. Vergi ödəyicisinin hüquqlarının və qanuni
maraqlarının müdafiəsi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə
Müəyyən edilir.
Azərbaycan Respublikasında vergi ödəyicisinin aşağıdakı hüquqları
vardır:
- vergi orqanlarından qeydiyyat yeri üzrə qüvvədə olan vergilər və
onların ödənilməsi qaydasını və şərtlərini tənzimləyən normativ-hüquqi
aktlar, vergi ödəyicilərinin hüquq və vəzifələri, vergi orqanlarının və
onların vəzifəli şəxslərinin səlahiyyətli haqqında əvəzsiz olaraq məlumat
almaq;
- vergi orqanlarından vergi qanunvericiliyini tətbiq edilməsi
məsələlərinə dair yazılı izahatlar almaq;
- artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri
qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək;
- vergi münasibətlərində bilavasitə və ya öz nümayəndəsi vasitəsi ilə
iştirak etmək;
- vergi yoxlaması ilə bağlı tərtib edilən aktların və vergi orqanlarının
qərarlarının sürətini almaq;
- vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi
ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət
olunmasını tələb etmək;
- vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə
və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını və
tələblərini yerinə yetirmək;
- müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli
şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət
etmək;
- qanunvericiliklə müəyyən edilmiş qaydada kommersiya sirrinin
qorunmasını tələb etmək;
- vergi orqanlarının və ya onların vəzifəli şəxslərinin qeyri-qanuni
aktları və hərəkətləri nəticəsində dəymiş zərərin tam ödənilməsini
qanunvericiliklə müəyyən edilmiş qaydada tələb etmək;
- vergi yoxlamalarının aktları və digər materialları ilə tanış olmaq,
vergi orqanlarına və onların vəzifəli şəxslərinə vergilərin hesablanması
və ödənilməsi, habelə keçirilən vergi yoxlamalarının aktları üzrə öz
rəyini bildirmək;
Dostları ilə paylaş: