FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə56/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   52   53   54   55   56   57   58   59   ...   179
Vergilər Və Vergitutma

3. Vergi ödəyicilərinin vəzifələri 
 
 
Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsinə  əsasən  vergi 
ödəyicilərinin əsas vəzifələri aşağıdakılardır: 
- qanunla müəyyən edilmiş vergiləri ödəmək; 
-  vergi  orqanlarından  vergi  ödəyicisinin  eyniləşdirmə  nömrəsini 
(VÖEN) almaq; 
- qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) 
və vergitutma obyektlərinin uçotunu aparmaq; 
-  vergi  orqanlarına  qanunvericiliklə  müəyyən  edilmiş  hallarda  və 
qaydada, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda isə 
auditor rəyi əlavə edilməklə vergi hesabatını təqdim etmək; 
-  vergi  orqanlarının  vergi  qanunvericiliyinin  aşkar  edilmiş 
pozuntularının  aradan  qaldırılması  haqqında  qanuni  tələblərini  icra 
etmək, habelə vergi orqanlarının vəzifəli şəxslərinin qanuni fəaliyyətinin 
icra edilməsinə maneçilik törətməmək; 
-  Vergi  Məcəlləsi  ilə  müəyyən  edilmiş  hallarda  və  qaydada  vergi 
orqanların  və  onların  vəzifəli  şəxslərinə  zəruri  olan  məlumatları  və 
sənədləri təqdim etmək; 
- qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin 
və  vergilərin  hesablanması  və  ödənilməsi  üçün  zəruri  olan  digər 
sənədlərin,  habelə  alınan  gəliri  və  ödənilən  vergiləri  təsdiq  edən 
sənədlərin saxlanılmasını təmin etmək; 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin