Vergi orqanlarının hüquqları aşağıdakılardır:
- Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda kameral
və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;
- vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat
kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızlar və
başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və
ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən
edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı
yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun
vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq;
- vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud
vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar,
ticarət və digər binalarda (ərazilərində) qanunvericiliklə müəyyən
edilmiş qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış
keçirmək, Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləri və
əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın
(yaşayış sahələri istisna olmaqla) Vergi Məcəlləsində müəyyən edilmiş
hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş
qaydada inventarizasiyasını aparmaq;