- Vergi Məcəlləsində və qanunvericilikdə nəzərdə tutulmuş
qaydada vergi ödəyiciləri haqqında məlumatın, o cümlədən vergi və
kommersiya sirrinin qorunması qaydalarına riayət etmək və onu təmin
etmək;
- vergi ödəyicilərinə vergi yoxlamalarının nəticələri haqqında
aktın, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda vergi orqanının
qərarının surətini vermək;
- vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin
əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən
düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının,
faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə
müəyyən edilmiş
tədbirləri görmək;
- tabeliyində olan vergi orqanlarının fəaliyyətinə nəzarəti həyata
keçirmək;
- Vergi Məcəlləsi və Azərbaycan Respublikasının digər
qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq
müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
Vergi orqanlarının vəzifəli şəxsləri dövlət qulluğundadırlar. Vergi
orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikası Vergilər Naziri
tərəfindən müəyyən edilmiş qaydada vəzifəyə təyin olunur və vəzifədən
azad olunur.
Vergi orqanlarının vəzifəli şəxsləri elmi, pedaqoji və yaradıcılıq
fəaliyyəti istisna olmaqla, heç bir sahibkarlıq və digər ödənişli fəaliyyət
növləri ilə məşğul ola bilməzlər.
Dostları ilə paylaş: