məqsədi vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin, vergilərin
tam və vaxtında ödənilməsinin müəyyənləşdirilməsi, yoxlanılan
obyektin fəaliyyətindəki çatışmamazlıqların və qanun pozuntularının
aşkar edilməsi və onların aradan qaldırılması üçün tədbirlərin
görülməsidir.
Sənədli nəzarət zamanı yoxlanılan obyektin məzmununun onun
təyinatına uyğunluğu müəyyənləşdirilir. Bu yoxlama sənədlərdə əks
olunmuş plan və hesabat məlumatlarının müqayisəsi yolu ilə aparılır.
Faktiki nəzarət zamanı yoxlanılan obyektin kəmiyyət və keyfiyyət
vəziyyəti baxış, ölçmə, yenidən hesablanma, ekspertiza və s. tədqiqat
üsulları ilə müəyyən edilir.
Dünya praktikasında hal-hazırda auditor nəzarəti geniş yer
almışdır. Azərbaycanda fəaliyyətində xarici investorların iştirak etdiyi
müəssisələr, bank və kredit müəssisələri, sığorta təşkilatları, səhmdar
cəmiyyətləri üçün məcburi auditor yoxlaması nəzərdə tutulmuşdur.
Vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma
obyektlərinin uçotunu aparmaqla, vergi ödəyiciləri və digər şəxslər
arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara
baxış keçirməklə və Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər yollarla
həyata keçirirlər.
Vergi nəzarətinin formaları vergi orqanları tərəfindən həyata
keçirilən müəyyən tədbirlər kompleksidir. Vergi nəzarətinin aşağıdakı
formaları var:
Bunu sxematik olaraq şəkildə olduğu kimi əks etdirmək olar.
Vergi yoxlamaları
Vergi ödəyicilərinin uçotu
Dostları ilə paylaş: