Fənni üzrə Sİllabus 192813 a baki-2022


Sərbəst yaradıcılıq işləri



Yüklə 53,52 Kb.
səhifə6/11
tarix24.05.2022
ölçüsü53,52 Kb.
#59382
1   2   3   4   5   6   7   8   9   10   11
“Təşkilat və icmalarla sosial iş”- 182813A

6. Sərbəst yaradıcılıq işləri
Təşkilat və icmalarla sosial iş fənninin tədrisi zamanı tələbələr fənn üzrə təqdim edilən mövzularla bağlı prezentasiya hazırlamalıdır.Hər bir prezentasiyanın təqdim edilməsi üçün son tarix əvvəlcədən, yəni fənnin tədrisinin ilk həftəsində təyin ediləcək. Son tarixdən sonra təqdim olunan sərbəst yaradıcılıq işləri, səbəbindən asılı olmayaraq, qəbul olunmayacaq və onların nəticəsi “0” balla qiymətləndiriləcəkdir.

Sosial işçi bacarıqlarının tətbiqi” yazılı tapşırığı - 10 bal


Bu tapşırıq tələbələrə sosial iş bacarıqlarını tətbiq etmək, bununla da fənnin tədrisi zamanı nəzəri baxımdan mənimsənilmiş bilikləri möhkəmləndirərək Təşkilat və icmalarla sosial iş təcrübəsində icma üzvləri ilə effektiv şəkildə motivasiyalı intervyu həyata keçirmək imkanı yaradır. Tələbələr müəyyən sosial iş bacarıqlarının tətbiqinə dair hazırladıqları keysləri yazılı şəkildə əvvəlcədən müəyyən edilmiş tarixlər üzrə müəllimə təqdim edəcəklər.
Fənlə bağlı təqdim edilən mövzularla bağlı prezentasiya - 10 bal
Bu tapşırıq tələbələrə təqdim edilən mövzularla bağlı tədqiqat bacarıqlarını inkişaf etdirmək, bununla da fənnin tədrisi zamanı nəzəri baxımdan mənimsənilmiş bilikləri möhkəmləndirərək imkanı yaradır. Tələbələr müəyyən mövzular üzrə hazırladıqları keysləri yazılı şəkildə əvvəlcədən müəyyən edilmiş tarixlər üzrə müəllimə təqdim edəcəklər.
Keysin təqdimatı - 10 bal
Tələbələr Təşkilat və icmalarla sosial iş bacarıqlarının tətbiqinə dair keyslər hazırlayaraq dərsdən ən azı 1 gün öncə müəllimə yazılı şəkildə təqdim etməlidirlər. Tapşırığın əvvəlcədən təyin edildiyi gün dərs zamanı isə qrup qarşısında həmin keysi oxuyacaq, tələbə yoldaşları isə həmin keysdə tətbiq olunan bacarığı və sosial işçinin düşdüyü tələləritapmalı və fikirlərini əsaslandırmalıdırlar.
Video çarx”tapşırığı - 10 bal
Hər bir tələbə semestr ərzində əvvəlcədən təyin olunmuş tarixlər üzrə ixtiyari ssenari hazırlayaraq sosial işçinin (tələbə) klientlə (istənilən şəxs klient qismində iştirak edə bilər) konsultasiya zamanı motivasiyalı intervyu texnikalarından istifadəsini göstərən 10-15dəqiqəlik video çarx hazırlamalıdır. Videonu təyin olunmuş tarix üzrə qrupa təqdim etməyən tələbə 0 balla qiymətləndirəcək. Video çarxda yalnız sosial işçi rolunda oynayan tələbə qiymətləndirilir.

Yüklə 53,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin