AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN UNIVERSİTETİ
“Təşkilat və icmalarla sosial iş”
fənni üzrə
SİLLABUS
192813 A
BAKI-2022
“Təşkilat və icmalarla sosial iş” fənni üzrə sillabus “Sosial işin təşkili” kafedrasının ümumi iclasında müzakirə olunmuş və təsdiqi məsləhət bilinmişdir (pr № 07, 14.02.2022).
Kafedra müdiri:_____________ T.M.Verdiyeva
Fənn müəllimi: ______________ A.H.Muradlı
1. Fənn haqqında məlumatlar:
Fənnin kodu və adı :
|
Təşkilat və icmalarla sosial iş– İSF-B11
|
Fənnin tədris olunduğu ixtisasın (ixtisaslaşmanın) kodu və adı:
|
Sosial iş - 050807
|
Fənnin tədris olunduğu fakültə:
|
Humanitar fənlər
|
Тəlim dili:
|
Azərbaycan dili
|
2. Fənni tədris edən müəllim haqqında məlumatlar:
Soyadı, adı, atasının adı
|
Aygün Hüseynağa qızı Muradlı
|
Elmi dərəcəsi və elmi adı
|
Sosial iş üzrə magistr
|
İş stajı
|
3 il
|
Tədris edəcəyi fənn üzrə stajı
|
0 il
|
Müəllimin kafedrada iş qrafiki
|
1
|
Əlaqə telefonları (ev, iş, mobil)
|
+994 50 377 99 75
|
Elektron ünvanı
|
Aygun.Muradly@au.edu.az
|
Fənnin tədrisinə ayrılmış kreditlər və saatlar
Tədris ili
|
2021/2022
|
Semestr
|
VI-Yaz
|
Təhsil ili (kurs)
|
III kurs
|
Bölmə
|
Azərbaycan
|
Fənn qrupu ( və ya qrupları)
|
192813A
|
Kreditlərin cəmi
|
4
|
Auditoriya saatlarının cəmi
|
45 saat
|
O cümlədən:
Mühazirə dərslər (M)
Seminar dərslər (S)
|
M - 30 saat
S - 15 saat
|
İzahat vərəqi
Fənnin təsviri və qısa məzmunu:
Bu fənn tələbələri təşkilat və icmalar barədə əsas nəzəriyyələr, konsepsiyalar və prinsiplərlə tanış edir. Sosial Nəzəriyyədən başlayıb sosial dəyişikliyə aparan yolu təhlil edir. Əsas diqqət təşkilat və icmaların inkişafında sistem yanaşmasına verilir.
Fənnin tədrisinin əsas məqsədləri
Fənnin tədris edilməsində əsas məqsədlər aşğıdakılardır:
1. Təşkilat və icmaların tarixi və nəzəri inkişafı barədə bilikləri formalaşdırmaq
2. Təşkilatlarda, icmalarda və cəmiyyətdə dəyişikliyin necə baş verdiyi haqqında anlayışı artırmaq.
3. Təşkilat və icmalar səviyyəsində sosial işin məqsəd, dəyər və öhdəliklərinin vacibliyini dərk edilməsi.
4. Təşkilat, icma və cəmiyyətdə mədəni və insani faktorların müxtəlifli barədə anlayışın artırılması
5. Təşkilat və icmalarla sosial işə sistem yanaşmanın hazırlanması və qiymətləndirilməsi .
6. Təşkilatı və ictimai dəyişikliklərə gətirib çıxaran müxtərlif yanaşmaların öyrənilməsi
7. Siyasi proseslərə, təşkilat və icmaların siyasətinə təsir edə biləcək ictimai vəkillik, əməkdaşlıq, lobbiçilik nəzəri biliklərin aşılanması
Fənnin tədrisi başa çatdıqda əldə olunacaq əsas təlim nəticələri:
Bu fənn üzrə tələbə semestrin sonunda Təşkilat və icmalarla sosial iş təcrübəsi sahəsində vacib olan məlumatlar əldə edərək, biliklərin keyslər üzərində tətbiqi vasitəsilə qiymətləndirmə, müdaxilə proseslərinə dair biliklərə yiyələnəcək və eyni zamanda, sosial iş prosesi zamanı Təşkilat və icma üzvləriə qarşı gözləməli olduğu etik qaydaları öyrənəcək.
Fənnə ayrılan kreditlərin sayı:
“Təşkilat və icmalarla sosial iş” fənninə 4 təhsil krediti ayrılmışdır. Mühazirə 30 saat, seminar 15 saat olmaqla, ümumilikdə auditoriya dərsləri üçün cəmi 45 saat nəzərdə tutulmuşdur. Kreditlərin bölgüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 saylı qərarına, ixtisas üzrə proqramda və tədris planında təsdiq edilmiş normalara uyğun hazırlanmışdır.
Dostları ilə paylaş: |